Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:31

Bob Dylan yenə fırtına qopardı!


May ayında Barack Obama Bob Dylan'ı «Azadlıq medalı» ilə təltif edib
May ayında Barack Obama Bob Dylan'ı «Azadlıq medalı» ilə təltif edib
Xalq musiqinin sehrli səsi yetmiş yaşlı əfsanə müğənni Bob Dylan sənət həyatının 50-ci ilində öz vurğunlarına 35-ci albomunu hədiyyə edəcək.

Xəbəri müğənninin rəsmi saytı (bobdylan.com) yayıb.

Sentyabrın 10-da (ABŞ-da 11-də) satışa çıxarılacaq albom «Fırtına» adlanır.

Alboma verilən ad Şekspirin eyniadlı pyesindən götürülüb.

«Fırtına» albomunda əksini tapan 10 mahnıdan birinə - «Duküsnenin fiti» mahnısına artıq klip də çəkilib.

Vurulduğu qızla bağlı min cür macəralarla üzləşən bir gəncin sevgi acılarından söz açan mahnı sosial şəbəkələrdə izlənmə rekordları qırır.

«Duküsnenin fiti» klipinin rejissoru Nash Edgerton’dur.

Bob Dylan (əsl adı Robert Allen Zimmerman) musiqi tarixinə mahnı müəllifi, ifaçısı, şair, aktyor, rəssam kimi düşüb.

Onun bəzi mahnıları («Blowin»in the Wind» ve «The Times They Are a-Changin») ABŞ-da insan haqları və anti-müharibə hərəkatında himnə çevrilib.

«Times» jurnalı onu XX yüz ilin ən nüfuzlu 100 adamı siyahısına salıb.

Bu ilin mayında ABŞ prezidenti Barack Obama əfsanəvi musiqiçini ölkənin ən yüksək mükafatlarından olan «Azadlıq medalı» ilə təltif edib.
XS
SM
MD
LG