Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Şəhriyar Hacızadənin AYO-çuların mövqeyinə münasibəti


Şəhriyar Hacızadə
Şəhriyar Hacızadə
-

«Seymur Baycan və digərləri bizi müdafiə etməyiblərsə, özləri bilərlər. O, özünü radikal-demokrat sayır. Və hesab edir ki, yalnız onun kimi düşünənləri və yazanları müdafiə etmək lazımdır. Seymur Baycan nə üçün özünü bütləşdirir, mən bilmirəm».

Bunu Simsar.az-a açıqlamasında İranda həbsdən azad olunmuş şair Şəhriyar Hacızadə bildirib. Onun sözlərinə görə, S.Baycan kimi o da, gənc yazıçıdır: «Bizi kifayət qədər müdafiə edənlər oldu. Müdafiə edən hər kəsə təşəkkürlərimi bildirirəm».

Qeyd edək ki, Azad Yazarlar Ocağı İranda həbsdə olarkən Ş.Hacızadə və Fərid Hüseyni müdafiə edənlərə qoşulmaq istəməməişdi.

Birliyin üzvü S.Baycan mətbuata açıqlamasında bildirmişdi ki, gənc şairlərin həbsini pisləsə də, onları müdafiə etmək istəməyiblər: «Səmimi hisslərimi deyim ki, əlimizə qələmi alıb, ürək açıqlığı ilə onları dəstəkləyəcək yazı yaza bilmirəm. Bu günə qədər ölkədə bu qədər hadisə baş verir, heç birində onları görməmişik. Şəhriyarın atasının müsahibəsini oxudum. Bir dəfə də İranda olub. Dəstək verdikləri rejim, dəstəklədikləri anlayışlardır. İndi o rejimin sifətini görürlərsə, biz nə edə bilərik? Bu ölkənin Xarici İşlər Nazirliyi, şairləri, məmurları var. Müdafiə etsinlər”.

Ş.Hacızadə S.Baycanın bu mövqeyini qəbul etmədiyini dedi.

İran hakimiyyətinə təşəkkürlərinə gəldikdə isə gənc şair hesab edir ki, İran hakimiyyəti onu azad etməyə də bilərdi: «Azadlığımıza çıxmağımıza görə ilk olaraq Azərbaycan dövlətinə, cənab prezidentə təşəkkürümüzü bildiririk. Amma bizim İran hakimiyyətinə təşəkkürümüzü birmənalı qarşılamayanlara demək istəyirəm ki, bizi daha sərt cəza gözləyirdi. Azərbaycan dövləti bizimlə bağlı 5 dəfə İran tərəfinə nota göndərdi. Bütün bunlardan sonra bizi azadlığa buraxdılar. Biz bu gün vətənimizdə olmaya, həbsdə qala bilərdik. Əgər bütün bu gözləntilərə baxmayaraq İran tərəfi bizi azad edibsə, onlara təşəkkür etməliydik».

Ş.Hacızadə şairliklərinə şübhə ilə yanaşanlara da da mesaj göndərdi: «Əgər bütün dünya bizi gənc şair kimi tanıyıbsa, deməli, şairik. Bunu gələcək fəaliyyətimizdə də sübut edəcəyik».

RUSLAN
simsar.az
XS
SM
MD
LG