Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

Məhəmməd peyğəmbər haqda filmin prodüseri həbs edildi (Video)


Məhəmməd peyğəmbər haqda filmin prodüseri həbs edildi
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Məhəmməd peyğəmbər haqda filmin prodüseri həbs edildi

-

Müsəlman dünyasında kütləvi etirazlara səbəb olmuş qalmaqallı Amerika filminin prodüseri həbs edildi.

Kaliforniya məhkəməsi "Müsəlmanların məsumluğu" filminin prodüseri Nakoula Basseley Nakoula haqda həbs qərarını onun 2010-cu ildə törətdiyi və cəzaya məhkum edildiyi cinayətlə bağlı sınaq müddətini pozmasını əsas gətirərək qəbul edib.

2010-cu ildə o, bank fırıldağı və kimlik oğurluğu üstündə 21 aylıq həbs cəzasına məhkum edilmişdi. Amma 2011-ci ildə sınaq müddəti təyin olunmaqla azadlığa buraxılmışdı.

Sınaq müddətində ona məmurların icazəsi olmadan kompüter və İnternetdən istifadə etmək qadağan idi.

Amerika məhkəməsi onun zaminə buraxılmaq istəyini də rədd edib və bunu onun etibarını itirməsi və qaça biləcəyi ilə izah edib.

Onun cəzası bu dəfə 2 illik həbs ola bilər.

Güman edilir ki, prodüseri əslində anti-İslam filminə görə həbs ediblər.

Məhəmməd peyğəmbəri təhqir etdiyi iddia olunan filmə etiraz olaraq keçirilmiş aksiyalarda, baş vermiş iğtişaşlarda 50-dən çox adam öldürülüb, o cümlədən Amerikanın Liviyadakı səfiri.

Nakoula Basseley Nakoula kimdir? Ətraflı burda
ABŞ - Los Anceles polisi Nakoula Basseley Nakoula-nı dindirməyə aparır, 16 sentyabr, 2012
ABŞ - Los Anceles polisi Nakoula Basseley Nakoula-nı dindirməyə aparır, 16 sentyabr, 2012
XS
SM
MD
LG