Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:49

Kraliça öz portretlərini satın aldı


Böyük Britaniya kraliçası 2-ci Elizabeth
Böyük Britaniya kraliçası 2-ci Elizabeth
-

BEYNƏLXALQ TƏRCÜMƏ GÜNÜ QEYD EDİLDİ


Sentyabrın 30-da Beynəlxalq Tərcümə Günü qeyd edilib.

Bəzi ölkələrdə - İncilin ilk tərcüməçilərindən sayılan Jerom’a görə - Müqəddəs Jerom Bayramı adıyla da keçirilən bu bayram 1953-cü ildən bəri beynəlxalq status qazanıb.

Tərcümə sahəsində ixtisaslaşan ən müxtəlif peşə adamlarını – alim və yazarları, şifahi və yazılı tərcümə ustalarını, lüğətçiləri bir araya gətirən belə günlərdə uğur və problemlər diqqətə çatdırılır.

Bu gün bütün dünyada mədəniyyətlərin qarşılıqlı dialoquna xidmət edən tərcümə işlərinin daha da genişləndirilməsi üçün tədbirlər də görülür.

Beynəlxalq Tərcümə Günü «Çevirirəmsə, demək, varam!» şüarıyla keçirilir.

İNSAN BƏDƏNİNDƏ ƏRİYƏN VƏ MƏLUMAT ÖTÜRƏN ELEKTRON CİHAZLAR HAZIRLANIB!

«Science» dərgisinin yaydığı xəbərə görə, amerikalı alimlər həzm edilə bilinən elektron cihazlar yaradıb.

Keçici elektron xassələri olduğu üçün bu cihazların təbabət sahəsində iri sıçrayışlar doğuracağı güman edilir.

Son dərəcə nazik silikon təbəqələrdən hazırlanan həmin cihazların orqanizmdə ərimə sürətini nəzarətdə saxlamaqdan ötrü ipək örtüklərdən istifadə olunacaq.

Laboratoriya şəraitində siçovullar üzərində sınaqdan keçirilən keçici elektronika yaralara infeksiya sızmasının qarşısını alıb.

Müxtəlif dərmanların bədən içinə vurulmasında, yaxud beyin və ürək xəstəlikləri zamanı bilgi alınmasında bənzər cihazlar tətbiq ediləcək.

Keçici elektron texnologiya ekoloji təmizliyi qoruduğuna görə telekommunikasiya sahəsində də yeni imkanlar açır.

KRALİÇA ÖZ PORTRETLƏRİNİ SATIN ALDI

Böyük Britaniya kraliçası 2-ci Elizabeth Andy Warhol’un fırçasından çıxan 4 portretini satın alıb.

Məlumatı «The Daily Telegraph» qəzeti yayıb.

1985-ci ildə yaradılan portretlər silsiləsi ünlü sənətçinin son əsərləri sayılır.

2-ci Elizabeth’in portretləri 1977-ci ildə çəkilən fotoşəkillər əsasında rəsmə köçürülüb.

Andy Warhol təkcə Britaniya kraliçasının deyil, Hollandiya, Danimarka və Svazilend krallarının da portretlərini yaradıb.

Bu portretlərin hamısı brilyant tozu və şüşə qırıntılarıyla bəzədilib.

2-ci Elizabeth’in satın aldığı əsərlər «Kraliça: monarx xanımın portretləri» adlanan sərgidə göstəriləcək.

Vindzor sarayında açılacaq sərgi bu ilin noyabrından gələn ilin iyununadək davam edəcək.
XS
SM
MD
LG