Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:02

Kimya üzrə Nobel mükafatı "fundamental kəşf"ə görə amerikalı alimlərə verildi


Robert Lefkowitz və Brian Kobilka
Robert Lefkowitz və Brian Kobilka
-

İsveç Kral Akademiyası elan edib ki, 2012-ci ilin Kimya üzrə Nobel mükafatının qalibi Amerika alimləridir.

Robert Lefkowitz və Brian Kobilka mükafata “fundamental kəşf”lərinə görə layiq görülüblər.

Onlar insan hüceyrəsindəki GPCR reseptorlarını tədqiq edirlər. Bunlar elə universal malekullardır ki, hüceyrə daxilində biokimyəvi siqnalların qəbul edilməsinə, o cümlədən iybilmə, dadbilmə, işığın qavranması funksiyasına cavabdehdirlər.

Ümumiyyətlə, indiki dərmanların təxminən yarısı təsir üçün məhz həmin malekulları hədəfə alır.

“Əslində, həmin reseptorlar hüceyrəyə giriş qapısı, hüceyrə ilə təmasın açarıdır” – deyə Lefkowitz bildirib.

GPCR reseptorlarının tədqiqi həm də bədxassəli şişlərlə bağlı prosesləri anlamaq üçün vacibdir.

Ümumiyyətlə, bu sahədə araşdırmaların genişlənməsi ən müxtəlif xəstəliklərin müalicəsi üçün yeni dərmanların yaradılmasına kömək edə bilər.

Lefkowitz etiraf edib ki, mükafat alması haqda xəbərdən şoka düşüb

Bu günə (oktyabrın 10-a) olan planları haqda danışan laureat deyib ki, əslində bərbərxanaya getməyə hazırlaşırdı, amma yəqin ki bu plan dəyişəcək...

Bundan qabaq 2012-ci il fizika üzrə Nobel mükafatı fransalı Serge Haroche və amerikalı David Winelanda verilib.

Nobel mükafatının medalı
Nobel mükafatının medalı
Onlar bu mükafatı kvant optikasındakı işlərinə görə alıblar.

Həftənin lap əvvəli isə 2012-ci il üçün Tibb və Fizilogiya üzrə Nobel mükafatının qalibləri elan olunub.

Mükafata Yaponiyadan Shinya Yamanaka və Böyük Britaniyadan John Gurdon layiq görülüblər.

Shinya Yamanaka və John Gurdon Nobel mükafatını toxuma hüceyrələri sahəsində əldə etdikləri “inqilabi kəşflərə” görə qazanıblar.

Onların kəşfinə görə, insan hüceyrələrini yenidən proqramlaşdırmaq olar və sübut ediblər ki, insanın yetkin hüceyrələrini yenidən proqramlaşdırmaqla onları insanın istənilən hüceyrəsinə çevirmək olar.

QALDI ƏDƏBİYYAT VƏ SÜLH MÜKAFATLARI...

İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yazıçının adını isə oktyabrın 11-də elan ediləcək.

Mükafat ötən il İsveç şairi Tomas Transtromer-ə verilmişdi.

Ən sonda – cümə günü Nobel Sülh Mükafatının sahibi açıqlanacaq.

Mükafatın dəyəri bu ildən maliyyə böhranına görə 20 faiz azaldılıb və indi 1,2 milyon dollardır.

Mükafatlar sahiblərinə - dekabrın 10-da – ödülün təsisçisi Alfred Nobelin ölüm günü təqdim ediləcək.
XS
SM
MD
LG