Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:40

Nobel Sülh Mükafatı Avropa Birliyinə verildi


2012-ci ilin Nobel Sülh Mükafatı konkret bir şəxsə yox, Avropa Birliyinə verildi.

Norveç Nobel Komitəsinin sədri Thorbjorn Jagland oktyabrın 12-də Osloda qərarı belə açıqlayıb: "Avropa Birliyi və və yaradıcıları 6 onillik boyunca Avropada sülh və barışıq, demokratiya və insan haqlarına böyük töhvə veriblər".

Sülh mükaftına layiq görülməsi haqda qərarı şərh edən Avropa Komissiyasının sözçüsü Pia Ahrenkilde Hansen Brüsseldə AzadlıqRadiosuna deyib ki, “Avropa Birliyi üçün həmişəkindən daha çox çağırışın olduğu bir vaxtda bu çox fantastik andır. Çünki bizAvropa Birliyi bir sülh layihəsi olarq bütün dünyanı həvəsləndirir, və hərkəsi ümid aşılayır". Ahrenkilde əlavə edib ki, "bu mükafat onlar üçün çox böyük həvəsləndirmədir və daha yaxşı dünya üçün cəhdlərimizi davam etdirməyə sövq edir".

Nobel Komitəsi mükafatın verilməsini belə əsaslandırır ki, ilk dəfə deyil ki, Avropadakı problemlərin həllinə və birləşməsinə töhvə verənləri mükafata layiq görürlər. Müharibə zamanlarında Nobel Komitəsi Almaniya və Fransa arasında barışığa nail olunmasında cəhd göstərənləri dəfələrlə mükafatlandırıb.

İkinci dünya müharibəsindən sonra ALmaniya və Fransanın barışması və bir araya gəlməsi ideyası daha da qüvvətləndi. Çünki 17 il ərzində bu ölkələr 3 dəfə müharibə eləmişdilər. Bug ünsə, Avropa Birliyi sayəsində bu iki dövlət ən yaxın müttəfiqlərdirlər.
1980-ci illərdə Yunanıstan, İspaniya və Portuqaliya demokratiya sahəsində islahatlardan sonra Avropa Birliyinə üzv oldular.

Berlin divarının yıxılmasından sonra Avropa Birliyi şərq və qərbi birləşdirmək yolunda önəmli nəticələr əldə etdi. Demokratiya möhkəmləndi, bir çox etnik münaqişələr məhz Avropa Birliyinə üzvlük prosesində həll olundu.

Hazırda Avropa Birliyi keçmiş Yuqoslaviya dövlətlərinin Xorvatiyanı üzvlüyə qəbul etmək üzrədir. Montenegro ilə üzvlük danışıqlarına başlayır və Serbiyanı Avropa Birliyinə üzvlük üçün müəyyən islahatlar keçirməsinə nail olur.

Son onillikdə Avropa Birliyən üzvlük parametrləri üçün Türkiyədə ciddi islahatlar aparılıb.
Avropa Birliyi hazırda çox böyük çətinliklərlə üzləşməsinə, iqtisadi və maliyyə böhranı kimi problemərdən keçməsinə baxmayaraq yenə də regionda sülh, barışıq və birlik cəhdlərini davam etdirir.

1,2 milyon dollarlıq mükafat dekabrın 10-da Osloda keçiriləcək mərasimdə təqdim olunacaq.

2011-ci ildə Nobel Sülh Mükafatı 3 qadına – Liberiya prezidenti Ellen Johnson-Sirleafa, Liberiyadakı müharibənin sona çatması üçün mübarizə aparan fəallardan Leymah Gbowee və Yəməndə demokratik hərəkatın liderlərindən Tevekkul Karmana verilmişdi.

2012-ci Nobel Sülh Mükafatı almağa namizədlər arasında Rusiya, Belarus və Pakistandan olan bir sıra şəxslərin adı çəkilirdi. Bu üzdən Sülh mükafatının konkret bir şəxsə yox, böyük bir quruma verilməsi hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Nobel Sülh Mükafatı bu il bir şəxsə yox, bütöv bir quruma – Avropa Birliyinə verilməsi ilə bağlı sən nə düşünürsən?

Dünyada sülh mükafatına layiq görüləcək şəxsiyyətlər qalmayıbmı?

Sən bu mükafatı kimə verərdin?
XS
SM
MD
LG