Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:52

Bakıda caz festivalı davam edir


Foto: Arxiv
Foto: Arxiv
-
«Cazsevərləri hər iki bayram münasibətilə təbrik edir, müstəqilliyimizin, həmçinin musiqimizin əbədi olmasını arzulayıram».

Bu sözləri oktyabrın 18-də--Müstəqillik Günündə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kubalı caz pianoçusu və bəstəkarı Gonzalo Rubalcaba-nın konsertinin aparıcısı Rahib Azəri səsləndirib.

Mədəniyyət və Turizm Nazirliyinin saytının yaydığı bilgiyə görə, G.Rubalcaba Latın Amerikası caz özəlliklərini təqdim edən mahir musiqiçi, məşhur pianoçudur.

Daim axtarışda olan G.Rubalcaba Havanada keçirilən caz festivalında ispan və Afrika ritmlərinə Kuba ritmləri əlavə edərək öz qeyri-adi ifaçılığı ilə şöhrət qazanıb.

Kubalı musiqiçi öz virtuozluğu ilə hamını heyrətə gətirərək 1996-cı ildə «ən yaxşı pianoçu» kimi Qremmi mükafatına layiq görülüb.

Cazmenin Azərbaycan səhnəsində çıxışı da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Oktyabrın 18-də festival çərçivəsində «Baku Jazz Center»in səhnəsində isə gənc caz ifaçılarının konserti olub.

Oktyabrın 25-dək davam edəcək festivalda tanınmış caz ifaçıları və qrupları - Glenn Miller Caz Orkestri, Carmen Souza (Portuqaliya), Alexander Mashin (Rusiya), H30 qrupu (İsveçrə), Luciano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), «Breeze of Caucasus» triosu (Gürcüstan), «Kool & the Gang» qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyacheslav Gryaznov (Rusiya), yerli caz ustaları--Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Natiq Şirinov, Tofiq Cabbarov və başqaları iştirak edir.
XS
SM
MD
LG