Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:45

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

15:28 20.10.2012
ƏRAZİDƏ GƏRGİNLİK DAVAM EDİR

AXCP-nin sədr müavinləri Gözəl BayramlıAsəf Quliyev saxlanıb. Məlumatı AzadlıqRadiosuna AXCP-dən veriblər. Saxlananlardan üçü isə partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Qadınlar Təşkilatının üzvləri Kəmalə Bənənyarlı Nüşabə Atakişiyevadır. Məlumatda deyilir ki, partiyadan saxlananların sayı 30 nəfərə yaxındır.

AzadlıqRadiosunun əməkdaşı Maarif Çingizoğlu xəbər verir ki, bir qrup gənc «McDonlads»ın qarşısından «İstefa», «Parlament istefa versin» şüarları səsləndirərək yürüş ediblər.

Amma polis onları dağıdıb. «Polis Kəmalə Bənənyarlını sürüyə-sürüyə apardı. Bundan başqa, uşaqlı bir qadın «İstefa, belə parlament lazım deyil» şüarları səsləndirərkən saxlanıb. Amma az sonra buraxılıb.

Aksiya iştirakçıları ara-sıra «İstefa» şüarları səsləndirməklə etirazlarını bildirirlər. Müxbirimiz xəbər verir ki, ərazidə gərginlik davam edir.
15:39 20.10.2012
SAXLANANLAR ARASINDA ƏLİ KƏRİMLİNİN MÜŞAVİRİ DƏ VAR

AXCP-dən verilən məlumata görə, 26 nəfər saxlanıb. Saxlananlar arasında sədr Əli Kərimlinin müşaviri Şakir Abbasov və mühafizəçisi Bəhruz Həsənov, eləcə də Elnur Abdullayev, Hikmət Əliyev, Kamran Şanatürk, Natəvan Səlimzadə, Zərifə Mehtəddinova da var.

Davamı

XS
SM
MD
LG