Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Stendal sindromu (Yazıçının adıyla bağlı psixi pozğunluq)


15-ci əsr italyan rəsssamı Sandro Botticelli-nin ilahə Veneranı təsvir edən bu şedevri Florensiyada Uffizi qalereyasında saxlanır.
15-ci əsr italyan rəsssamı Sandro Botticelli-nin ilahə Veneranı təsvir edən bu şedevri Florensiyada Uffizi qalereyasında saxlanır.
-

Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın adından götürüb..

Ürək döyüntüsünün artımı, başgicəllənmə, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir...



Ayxan Ayvaz


STENDAL SİNDROMU


Stendal sindromu psixosomatik pozğunluq hesab olunur. Ürək döyüntüsünün artımı, başgicəllənmə, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir.

Sindromun əlamətləri yalnız muzeylərdə, qalereyalarda, yaxud başqa mədəniyyət obyektlərində deyil, həm də təbiətin, ayrı-ayrı şəhərlərin hədsiz gözəlliyindən valeh olarkən ortaya çıxa bilir: buraya əsrarəngiz təbiət hadisələrini seyr etmə, inanılmaz dərəcədə gözəl olan qadın və kişilərlə ünsiyyət də daxildir.

Sindrom necə əmələ gəlib?

Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın adından götürüb. .

Yazıçı 1817-ci ildə “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında
Florensiya qürub çağı
Florensiya qürub çağı
yazır:

“Müqəddəs Xaç Kilsəsindən çıxanda ürəyim tez-tez döyünməyə başladı, sanki həyat çeşməm qurumuşdu, başım gicəllənib yerə yıxılacağımdan qorxa-qorxa yeriyirdim...

Mən ehtirasın enerjisindən yaranan bu incəsənət şedevrlərini gördükcə başqa şeylər mənim üçün mənasını itirir, kiçilir, daralırdı...


Sindromun əlamətləri

Florensiyadakı Uffis qalereyasına gələn insanlarda sindromun əlamətləri görünsə də, o yalnız 1979-cu ildə italyan psixiatr Qraçiell Maqerin tərəfindən təsvir edilmişdir.

Belə ki, həmin şəxs Florensiyaya gələn yüzdən çox turisti ayrı-ayrı izləmiş, onlardakı qəribəlikləri müşahidə etmişdir.

O, eyni adlı kitabında xəstələrin halını və eləcə də onun meydana gəlməyinin təsnifatını vermişdir. Təsnif aşağıdakı kimidir:

- Şimali Amerikadan və Asiyadan gələn turistlərdə bu sindorum əlamətləri hiss olunmur.
Stendal (əsl adı Marie-Henri Beyle)
Stendal (əsl adı Marie-Henri Beyle)
Çünki həmin mədəniyyət onlara yaddır.

- İtalyan turistləri bu atmosferə lap doğulduqları vaxtdan tutulur, onlarda sindorma qarşı immunitet də mövcuddur.

- Yerdə qalan turistlərin arasında daha çox bu sindrom ayrı-ayrı klassik, ya da dini təhsilli insanlarda baş verir.

İlk belə diaqnoz 1982-ci ildə qoyulub.

İntibahın beşiyi

Renessansın beşiyi olan Florensiyada 50-dək muzey var.

Sindromun əlamətləri bəzi turistlərdə həmin muzeylərdəki şedevrlərlə ilkin təmas zamanı müşahidə edilir.

Onların hissləri o qədər cuşa gəlir ki, özlərini rəsm əsərinin "içində" hiss edirlər.

Bu isə isterika ilə nəticələnə bilər. Bəzi muzey ziyarətçiləri bu vəziyyətdə rəsm əsərini məhv etməyə də çalışa bilərlər.

Bu sindroma tutulanların sayı az olsa da, Florensiya müzeyinin keşikçiləri ziyarətçilərə bu halda necə davranmalı olduqlarını izah edirlər.

Sindrom kinoda

Xatırladaq ki, Stendal sindromu ilə bağlı hətta film də çəkilib. “Stendal sindromu” adlanan filmin rejissoru italyan Dario Adjentodur. Film psixator Qraçelli Maqerinin romanı əsasında triller janrında ekranlanşdırılıb.

Publika.az
XS
SM
MD
LG