Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Əlisəmid Kür. Ağ üzlü bir səhər


-





Ağ üzlü bir səhər
Vuracaq yerə kürəyimi –
Əlim yetmir dan yerinə,
Əlim yetmir
Bir saman çöpünə də!

Dost tənəsi,
Ana gileyi,
Ata tənbehi
Basmaz çiyinlərimdən –
Bir tikə hövsələm aldadar məni,
Vurar kürəyimi yerə.

Məni nə gözləyir?
Ovcumda rəngi qalan çiçəklər,
Halına yanmadığım şeirin acısı,
İşığı yoluma düşən böcəklər.
Yıxılsam, büdrəsəm
Özümdən sonra
İzimi torpaqda itirəcəklər.

Hələ ki özüməm səsimi qovan
Qarşıdan nə gəlir, nələrim qalır?..
Bir xoruz banıyla gözünü qovan
Ağüzlü, ağüzlü səhər açılır.
XS
SM
MD
LG