Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:42

Məşhur müğənni insult keçirib yerə yıxıldı


Javier Marias
Javier Marias
-

"İz" proqramından özəl xəbərlər


HEÇ KƏSİN SEVİMLİ YAZIÇISI OLMAQ İSTƏMİRƏM...

Tanınmış ispan yazıçısı Javier Marias «Los enamoramientos», yəni «Aşiqlər» romanına görə ona verilən Narrativa Milli Mükafatını almaqdan boyun qaçırıb.

İspaniya mediası bu olayı iqtidar partiyasının – sağ yönümlü mühafizəkar Xalq Partiyasının yürütdüyü siyasətə etiraz kimi qiymətləndirib.

Mətbuat konfransı keçirən Marias-ın özü mükafatdan imtina etməsini belə əsaslandırıb:

«Rəsmi qurumların mükafatlarını qəbul etməyən bir adam olduğum bəllidir.

Qəbul etmirəm, çünki atam Julian Marias da içində olmaqla heyran kəsildiyim bir çox yazıçı əsla rəsmi bir mükafat almayıb».

Javier Marias mükafatı almamaq qərarının iqtidar partiyasına etiraz kimi qiymətləndirilməsini yanlış saydığını və sadəcə, hər hansı hökumətin sevimli yazarı sifətində görünmək istəmədiyini dilə gətirib.

NAZİM HİKMƏT HAQDA ROMAN FRANSIZCAYA ÇEVRİLDİ

Parisdə yaşayan türk yazıçısı Nedim Gürselin «Mələk, Şeytan və Kommunist» adlı romanı fransızcaya çevrilib.

Roman şair Nazim Hikmətin həyatından söhbət açır.

Müəllif romanında siyasət və zorakılıq mövzusunu ön planda tutmağa və Nazim Hikmətin
Nedim Gursel
Nedim Gursel
yaşam tarixçəsinin bilinməyən yönlərinə işıq salmağa cəhd göstərilib.

Xəbəri Türkiyənin «Hürriyət» qəzeti yayıb.

Hekayə, roman və araşdırmaları, o sıradan çağdaş düşüncə və ədəbi meyllər barədə yazıları ilə tanınan Nedim Gürselin əsərlərinə bir çox universitetdə, xüsusilə Sorbonna universitetində xeyli sayda doktorluq dissertasiyaları həsr edilib.

Fransa mediasında yer alan yazılarda Gürselin son romanı – «Mələk, Şeytan və Kommunist» əsəri 20-ci yüz ilə yekun baxış kimi də dəyərləndirilir.

«OPERANIN ANASI» BEYİN QANAMASI KEÇİRDİ

Opera dühalarından sayılan Monserrat Caballe Rusiyanın Yekaterinburq şəhərində beyin qanaması keçirib.

İTAR-TASS agentliyinin bildirdiyinə görə, həmin şəhərdə konsert verməyə hazırlaşan tanınmış sopranonun halı qəfildən pisləşib və o, yerə yıxılıb.

Belindən zədələnən xanım Caballe-nin müayinəsi onun beyin qanaması keçirdiyini üzə çıxarıb.

Montserrat Caballe
Montserrat Caballe
​Yekaterinburq xəstəxanasında müalicə olunmaq istəməyən sənətçi elə həmin gün təyyarə ilə İspaniyaya qayıdıb.

«Operanın anası» Barselonada xəstəxanaya yerləşdirilib və özünü yaxşı hiss etsə də, qanaxmanın təkrarlana biləcəyi ehtimalına görə həkim nəzarətində saxlanır.

Monserrat Caballe BMT-nin fəxri səfiri vəzifəsində Azərbaycana da gələrək, burada ustad dərsləri keçib.

Onun 1933-cü il doğumludur.

"İz" proqramına hər həftənin bazar günü saat 23 00-da qulaq asın!
XS
SM
MD
LG