Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

“Dünyanın heç bir yerində insan cinsiyyət orqanına toy etmir”


Soldan sağa: Şahnaz Bəylərqızı, Aqşin Yenisey və Çingiz Sultansoy
Soldan sağa: Şahnaz Bəylərqızı, Aqşin Yenisey və Çingiz Sultansoy
-

Azərbaycan toyları boykot olunmalıdırmı?

“Hə” deyən şair Aqşin Yeniseylə “yox” deyən jurnalist Çingiz Sultansoyun "Pen klub" proqramındakı debatı.


Aqşin Yenisey:

- Azərbaycanda adamlar toya deyinə-deyinə gedirlər. Kiminsə toyu başqalarının yasına çevrilir. İş yoldaşlarım var, ayda 150 manat maaş alırlar, ancaq 6-7 toya dəvət olunurlar.

Özü də elə bir adamın toyudur ki, ona dəxli yoxdur.

Təsadüfən küçədə salam verib, metroda görüşüblər. İkincisi, insanın həyatını, məişətini ağırlaşdıran toylardan imtina etmək zamanı gəlib.

Şahnaz Bəylərqızı:

- Belə başa düşdüm ki, əsasən nəmər məsələsinə etiraz edirsiz?

A.Yenisey:

- Təkcə nəmərə yox. Məsələn, sünnət toyu. Kimsə sünnət toyu edir, başqaları da gəlib burda yediyi yeməyin pulunu ödəməlidir. Dünyanın hansı ölkəsində insan cinsiyyət orqanına toy edir?

Dinlə


Ş.Bəylərqızı:

- Məsələn, Türkiyədə...

A.Yenisey:

- Buna da etiraz edirik. Türkiyənin savadsız köylərində bu yayılıb. Amma İstanbulda, bir az inkişaf etmiş şəhərlərdə bu məsələni həll ediblər.

Aqşin Yenisey
Aqşin Yenisey

“İMKANI YOXDUR, TOYA GETMƏSİN, BƏYANAT NİYƏ VERİR?”

Çingiz Sultansoy:

- Bəyanatı imzalayanların hisslərini başa düşürəm. Yəni onlar nəyə etiraz edirlər: toylarda bayağılıq, şan-şöhrət dalınca qaçmaq, mümkün qədər çox adam çağırmaq, təmtəraqlı toy eləmək. Bu anlaşılandır. Amma bütövlükdə bu bəyanat PR naminə, reklam naminə verilib. Siz sual etdiz ki, dünyanın harasında sünnət toyu edirlər? Dünyanın hər yerində, bütün dinlərdə, bütün kültürlərdə toy ailənin qurulduğu gündür. Bütün dünyada çalışırlar elə etsinlər ki, yadda qalan olsun. Yoxsa gedərdilər "ZAQS"a, kağıza imza atardılar, ya da mollanın yanına, kəbin kəsdirərdilər, heç kimin də xəbəri olmazdı.

Ş.Bəylərqızı:

- Belə edənlər də olur.

Ç.Sultansoy:

- Amma bu, zövq məsələsidir, insanın seçimidir. Toy el adətidir. Bu toylarda şeir oxunub, mahnı səslənib, sazla-sözlə danışıblar, cıdır, güləş olub. Bunların hamısı qırağa qoyaq ki, bu gün 150 manat maaş alanın toya getmək imkanı yoxdur? İmkanı yoxdur, toya getməsin, bəyanat niyə verir?

A.Yenisey:

- Mən düşünmürəm ki, özümü çıxmaq şərtilə bu bəyanatı verənlərin "piar"a ehtiyacı var.

Ç.Sultansoy:

- "Piar"a hamının ehtiyacı var...

Çingiz Sultansoy
Çingiz Sultansoy


AŞIQ ƏLƏSGƏR HANSI TOYU XOŞLARDI?..

A.Yenisey:

- Biz deyirik ki, biz sizin toylara gəlməyəcəyik. Demirik ki, toy eləməyin. Siz toyunuzu edin. Vaxt vardı, gənclərin toy gecəsi seksual travma almaması üçün yengəyə, sağdış-solduşa ehtiyacı vardı. O toy atributları artıq sıradan çıxıb...

Ç.Sultansoy:

- Mən istərdim ki, bəyanatı imzalayanlar bu şan-şöhrətli, bayağı toyları pisləyəndə bir model göstərsinlər.

Bu adamlar şairdirlər, qələm adamıdırlar və onlardan soruşuram: Aşıq Ələsgər toya gedəndə 25-30 adamlıq məclisdən zövq alardı, yoxsa 500-300 adamlıq, mahal yığışmış toydan?

Hansı şair istəməz ki, onun auditoriyası 500 yox, 5000 olsun? Mən bu şairlərə təəccüb edirəm.

A.Yenisey:

- Aşıq Ələsgər hansısa toydan zövq alacaqsa və özünü xoşbəxt sayacaqsa, bu toya gələn də öz əmək haqqını düşünəcəksə ki, bu, aşıq Ələsgərin xoşbəxtliyinə həsr olundu...

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


Ç.Sultansoy:

- O toyda pul salmaq qaydası olmasaydı siz belə bəyanat imzalayardızmı? Hətta toylar bayağı olsa da...

A.Yenisey:

- Söhbət təkcə puldan getmir. Məsələn, Azərbaycan toyunda rahat musiqi dinləyə bilmirsən, rahat yemək yeyə bilmirsən.

Ç.Sultansoy:

- Mən model təklif etmək istərdim. Məsələn, Türkiyə toyları. Toydan imtina etmək yox, modernləşdirmək lazımdır.

A.Yenisey:

- Fransadan bir dostumuz gəlmişdi. O eşidəndə ki, heç kimin tanımadığı bir gənc toyuna 300 adam çağırıb, soruşdu ki, sənin çevrən bu qədər böyükdür?..

Proqramı tam şəkildə BURDA dinlə
Proqramdan sonra...
Proqramdan sonra...
XS
SM
MD
LG