Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:37

Britaniya Muzeyinin xadimələri tətil edib!


Britaniya Muzeyi
Britaniya Muzeyi
-
Oktyabrın 29-da Londonda diqqətçəkən bir hadisə olub.

Britaniya Muzeyinin (The British Museum) təmizlik personalı tətil edib.

Səbəb onların işlərinə nəzarətin özəl şirkətə tapşırılmasıdır.

Bu barədə xəbəri «The Guardian» qəzeti yayıb.

Tətil səhər saat 7-dən 10-a qədər davam edib.

Qəzetin yazdığına görə, muzeyin rəhbərliyi 2013-cü ilin aprelindən muzeyin təmizliyini özəl şirkətə tapşırmaq fikrindədir. Rəhbərlik bu yolla təmizlik personalının işini yaxşılaşdırmaq istəyir.

Muzeyin xadimələri isə bu proses nəticəsində maaşlarının azalmasından ehtiyat edirlər. Çünki özəl şirkət hər şeyə qənaət etmək istəyəcək.

Xadimələr bir həftədən sonra tətili təkrarlamaq fikrindədirlər.

Dünyanın ən böyük muzeylərindən sayılan Britaniya Muzeyi 1753-cü ildə İngiltərə Parlamentinin qərarı ilə qurulub.

Böyük Britaniyanın əsas tarixi-arxeoloji muzeyidir.

Muzeydə 7 milyon kitab, 105 min əlyazma qorunur.

Londonun mərkəzində yerləşən muzey binasının sahəsi 6 hektardan çoxdur.

Muzey 94 qalereyadan ibarətdir və uzunluğu 4 km-ə çatır.

Eksponatları siçanlardan qorumaq üçün muzeydə 6 pişik saxlanılır.

Giriş pulsuzdur.

Hər il muzeyə təxminən 5 milyon adam baxır.
XS
SM
MD
LG