Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

H.Clinton İranı danışıqlar masasına dönməyə çağırıb


Hillary Clinton və Catherine Ashton
Hillary Clinton və Catherine Ashton
ABŞ Dövlət katibi Hillary Clinton bir daha İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına dönməyə çağırıb.

Eyni zamanda qeyd edib ki, danışıqlar üçün pəncərə daima açıq olmayacaq.

O bunu Sarayevada Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonla keçirdiyi birgə mətbuat konfransında deyib.

Amma Dövlət katibi İranın bu məsələ ilə bağlı tezliklə ciddi danışıqlara başlayacağına ümidlə yanaşdığını deyib.

Catherine Ashton isə deyib ki, yaxın vaxtlarda danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Said Jalili ilə görüşmək fikrindədir.

Qərb Tehranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG