Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:46

Ədəbiyyat üzrə son Nobel mükafatçısının brendi 1.6 milyona satıldı


Mo Yan
Mo Yan
-
Pekində Xu soyadlı bir mühəndis Ədəbiyyat üzrə son Nobel mükafatçısının adına olan brenddən mükafatın dəyərindən çox pul əldə edib…

Xu alkoqol brendini 10 milyon Çin yuanına (1.6 milyon dollar) satıb.

Xəbəri «Shanghai Daily» yayıb.

Məsələ burasındadır ki, çinli mühəndis «Mo Yan Zui» adlı brendi 6 il əvvəl qeydiyyatdan keçiribmiş.

Bu ad qədim Çin poemasından çevirəndə «Sərxoşsansa, sus» anlamına gəlir. Bu sözü həmçinin «Sərxoş Mo Yan» kimi də çevirmək olar.

Mühəndis Çin mediasına deyib ki, bu adı brend kimi qeydiyyatdan keçirmək bir dəfə möhkəm içəndən sonra ağlına gəlib.

Amma bu 6 il ərzində brendlə heç kim maraqlanmayıb. Ta builki Ədəbiyyat üzrə Nobel Mükafatı verilənəcən...

Mo Yan mükafatı alan kimi isə ona hər yandan təkliflər gəlməyə başlayıb və diribaş mühəndis brendi bir alkoqol şirkətinə yaxşı qiymətə satıb.

Mühəndis brendi hansı kompaniyaya satdığını deməkdən imtina edib. Ancaq əlavə edib ki, qazandığının bir hissəsini xeyriyyə məqsədilə xərcləyəcək.

Nobel Mükafatı qarşılığında verilən məbləğ təxminən 1 milyon 200 min dollardır.

Çincədən çevirəndə adının mənası «Sus» olan «Mo Yan» təxəllüslü Guan Moye bütün yazarların röyasında gördüyü bu mükafata 57 yaşında layiq görülüb.

O, Honkonq universitetinin filologiya üzrə fəxri doktorudur

Mo Yan Azərbaycan tükcəsinə çevrilməyib.

Türkiyədə artıq onun əsərlərinin türkcəyə tərcüməsi yönündə işə başlanılıb.

Rusiyada isə mükafat elan olunandan az sonra Mo Yanın «Şərab ölkəsi» («Страна вина») romanı satışa çıxarılıb.
XS
SM
MD
LG