Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

Obama seçkiləri udur

Prezident Barack Obama daha dörd il ABŞ-ın presidenti olacaq. Obama tərəfdarları Çikaqoda şənlik edir

08:41 7.11.2012
ABŞ PREZİDENTİ VƏ NEFTİN QİYMƏTİ

Reuters agentliyi Sinqapurdan xəbər verir ki, ABŞ prezident seçkiləri ilə əlaqədar neftin 1 barrelinin qiyməti 111 dollardan aşağı enib.

ABŞ xam neftinin qiyməti də 58 sent ucuzlaşıb.

Xəbər verilir ki, neftin qiymətini təsirləndirən digər amillər qlobal iqtisadiyyatın zəifliyi və Yaxın Şərqdəki vəziyyətdir. Agentlik bildirir ki, ABŞ prezident seçkisində iki namizədin nəticələri arasında fərq cüzi olsa, bu, 2000-ci ildə Bush – Gore rəqabəti zamanı bazarlarda yaşanmış təlatümü təkrar edə bilər.
08:21 7.11.2012
Barack Obamanın Ohayo-da qələbə qazandığını xəbər verən CNN kanalı onun seçkini udduğunu da elan etdi. Obamanın qələbəsinin fakta çevrilməsinə 1 saatdan bir qədər artıq vaxt qalır.
07:36 7.11.2012
Amerika diplomatı: "Bu gecə baş verən seçki deyil, demokratiyadır"... Ətraflı burada oxu
06:42 7.11.2012

Floridadadan gələn xəbərlərdə namizədlər arasında fərqin cəmi 600 səs olduğu bildirlir. Bu o deməkdir ki, 2000-ci ilin seçkilərindəki vəziyyət təkrar oluna bilər.

Davamı

XS
SM
MD
LG