Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:54

«Varlı qadın» indi Krımdadır


Foto: Arxiv
Foto: Arxiv
-

Azərbaycan dramaturqu Əli Əmirlinin «Varlı qadın» komediyası bu dəfə Ukraynanın Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində yerləşən 110 yaşlı Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulub.

Xəbəri AzadlıqRadiosuna verən Əli Əmirli premyeranın noyabrın 5-də və 6-da baş tutduğunu bildirib.

Tamaşanın quruluşçu rejissoru Ukraynanın əməkdar artisti Rinat Bektaşevdir.

Tamaşaçıların hərarətlə qarşıladığı komediya bir də noyabrın 20-də göstəriləcək.
«Varlı qadın» Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir.

Bundan əvvəl teatr Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasını və Elçinin «Şekspir» əsərini «Xəstə könül» adı ilə tamaşaya qoymuşdu.

Əli Əmirlinin «Varlı qadın»ı ölkənin əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında, habelə Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulub.

Sentyabrda tamaşa Başqırdıstanın Ufa şəhərində keçirilən Beşinci «Tuqanlıq» Beynəlxalq Teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram Teatrı kollektivinin ifasında iki nominasiya üzrə əsas mükafata layiq görülmüşdü.
XS
SM
MD
LG