Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:34

«Füzuliyə təxmislər» kitabı çapdan çıxıb


-
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Füzuli qəzəllərinə təxmislər» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxıb.

Kitab XX əsrdə Füzuli ədəbi məktəbinin davamçısı Nobərinin dahi şairin qəzəllərinə yazdığı təxmislər divanından ibarətdir.

Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun AzadlıqRadiosuna verdiyi bilgiyə görə, Nobəri Qara Əliyev XX əsr Azərbaycan şairidir.

O, Şuşada doğulub.

Şuşa ədəbi məclislərinin iştirakçısı olub.

Paşa müəllimin dediyinə görə, «təxmis» —5 deməkdir.

Ünlü şairə təxmis yazan onun bir beytini götürür və iki misraya 3 misra artırır.

Nəticədə, yeni bir poeziya nümunəsi yaranır, həm də ünlü şairlər bir daha anılır.

İndiyədək Azərbaycan poeziyasında təxmis yazanlar olub.

Amma təxmis divanı ilk dəfədir ki, çıxır.

Nobəri Qara Əliyev 1960-cı illərdə Şuşada vəfat edib.
XS
SM
MD
LG