Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:02

Əyyub Qiyas "Nə satırlar?" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

NƏ SATIRLAR?


Həbsxanadan çıxanda özümə söz verib and içdim ki, daha oğurluq eləməyəjəm. Çünki oğurluq üstündə iki dəfə jəza çəksəm də həbsxana həyatına, dustaq dünyasının özünəməxsus ləzzətlərinə, qolları bağlı azadlığın dadına, həyat eşqinə və insanlara olan nifrətimə baxmayaraq nədənsə keçmişimi unutmaq, hər şeyi sıfırdan başlamaq qərarına gəldim. Fikirləşdim ki, oğurluq mənimçün nə qədər doğma, əziz, bənzərsiz, romantik bir peşə olsa belə nəsə təzə bir şeyə yiyələnməyin vaxtı yetişişib. Amma nə etməli, nədən başlamalı? Bu suallara gözümü döyə- döyə Moskvanın nəhəng «Belorus» vağzalında fit verib nəfəsini dərən qatardan düşmək məjburiyyətində qaldım. Jibimdə evdən, dost- tanışdan götürdüyüm bir xeyli pulla vağzalda bir qədər ora- bura vurnuxdum və bu anlarda bir neçə gözəl oğurluq şanslarını fövtə verib nəhayət ki, qəti qərara gəldim. Alver! Nəsə alıb satmaq. Düzdür, bu özü də hansı məqamdasa bizim demokratik qanunlara əsasən jinayət sayılır: çünki gərək vergi verəsən, lisenziya alasan, nə bilim nəsə… amma bütün bunlara baxmayaraq işdir. Və bu işin öhdəsindən gəlmək öz-özlüyündə igidlikdir. Amma mənim kimi professional «akademik» (bu adı mənə etdiyim oğurluqların professionallığından dəhşətə gələn prokuror məhkəmədə vermişdi) bir oğru üçün alver etməyin çətin olmayajağını düşünüb metroya mindim və mərkəzə getdim.
… Moskva… İnsan dənizinin çalxandığı şəhər. Düzdür, mən əvvəllər də Moskvada bir neçə dəfə olmuşdum, amma onda tam başqa məqsədlə (peşəmlə bağlı) gəldiyimdən bu gözəllikdə şəhərə adam balası kimi tamaşa edə bilməmişdim. Mən həsrət və çaşqınlıqla (xahiş edirəm ki, mənim belə ədəbi jümlələrlə danışmağımdan təəjjüblənməyəsiniz, unutmayın ki, mən üst- üstə on üç il həbsxana «təhsili» almışam) Qızıl meydana, Kremlə, qədim tarixi abidələrə baxa- baxa özüm də bilmədən Mərkəzi Univermağa çatdım. Univermaq çox böyük idi və burada adamlar bayırdakı kimi harasa tələsirdilər. Mərtəbələrin birində böyük bir növ bə gördüm. Mən hələ əvvəllər eşitmişdim ki, böyük növbə olan yerlərdə az tapılan mallar satılır. Ona görə də vaxt itirmədən nö vbəyə qoşulmağı, həmin o az tapılan «nədənsə» alıb, üstünə əlavə qoyub satmağı düşündüm və iti addımlarla növbəyə yaxınlaşdım. Son ujda duran yaşlı, donqar rus qarısından kimin sonunju olduğunu soruşdum. Qarı çuxura düşmüş gözləri ilə mənə baxıb istəməyə- istəməyə, zorən onun özünün sonunju olduğunu mənə bildirdi və mən də növbəyə qoşuldum. Növbəyə durmağımdan bir az vaxt ötəndən sonra mən nəyə görə növbəyə durmağımı öyrənmək məqsədi ilə qarıdan öir də xəbər aldım.
- Nənəjan, bilmirsiz nə satırlar?
Qarı yenə məni tərs- tərs süzüb sanki indijə söyəjəkmiş kimi javab verdi:
- Bura bax, nə satıldığını bilmiəm, amma bayaq, mən növbəyə duranda mənə dedilər ki, məndən sonra növ bəyə duranlara onsuz da o satılan şeydən çatmayajaq.
Qarının javabı məni çaşdırsa da ürəyimdə ona «qoja…» deyib (yox, siz Allah, mən ona siz fikirləşən sözü demədim, sadəjə olaraq yadımdan çıxıb, mən ona qoja nəsə dedim, vəssalam. Amma öz aramızdı, qarı elə siz fikirləşdiyiniz kimi bir şey idi, sadəjə olaraq mənim tərbiyəm bunu belə fikirləşməyə mane olurdu) növbəyə durmağımı davam elədim və növbəyə durmağımı davam eləməyimi görən qarı, ifritə, əjinnə, nə bilim hər kimsə… bir də mənə sarı çevrilib gözlərini süzdürdü. Nə isə…Vaxt ötdükjə mən hadisə yerinə, bağışlayın, vitrinə yaxınlaşır və satıjı qadının başını görürdüm. Amma nə üçün növbədə durmağımı dəqiqləşdirmək marağı mənə güj gəlirdi və mən bu hisslərə son qoymaq məqsədi ilə yaxınlıqdakı sütunun yanında söhbət edən javanları səslədim:
- Ehey, uşaqlar- dedim və onlar üzlərini mənə sarı çevirdilər və elə bu zaman arxadan gələn güjlü təkan məni bir anlıq xeyli irəliyə atdı. Mən özümü birtəhər sahmanlayıb yenə o gənjlərə baxdım və onların sual dolu baxışlarını görəndə anladım ki, onlar məni gözləyirlər. Elə o andaja xəbər aldım:
- Deməzsiz, burada nə satırlar?
Sualımı eşidən javanlar məni tərs-tərs süzüb uzaqlaşdılr. Ürəyim yaman sıxılırdı və yavaş- yavaş darıxırdım. Keçmiş günləri xatırladıqja yerimdə qərar tuta bilmirdim və düşünürdüm ki, növbədə keçirdiyim vaxtda bir- iki oğurluq eləyib əməllijə jiddi bir işlə məşğul ola bilərdim, amma neyləyim, mən artıq qəti qərara gəlmişdim, oğurluqla birdəfəlik (əgər buna tab gətirə bilsəydim, çünki, iradəmə bələdəm və bilirəm ki, belə vədlərdən çox vermişəm, amma deyəsən, bu, mənim son söz verməyimə oxşayırdı) qurtarmşdım. Nə isə…
Keçmiş günlərin xoş xatirələrindən ləzzət ala- ala növbəmi çəkir, satıjının mənə yaxınlaşan sarışın başına baxırdım ki, elə bu zaman univermağın radiosunda bu e'lan səsləndi: «Möhtərəm alıjılar, 3- jü şöbədə satılan mallar qurtardığı üçün 5- ji şö'bədə eyni malların satışı başlanır. Xahiş olunur ki, 5- ji şö'bəyə yaxınlaşasınız..»
Radio sözünü bir neçə dəfə təkrarladı və mən bu e'lanın nədən ibarət olduğunu o zaman dərk elədim ki, insan axını məni qujağına alıb on- on iki metrlik bir məsafəni qət edərək harasa aparırdı. Ayaqlarım yerdən üzülmüşdü və mənə elə gəlirdi ki, uçuram.Elə uça- uça harasa «qondum» və ətrafa baxanda yenə özümü insan dənizində, növbədə gördüm. İndi başa düşdüm ki, artıq 5- ji şö'bədəyəm, önümdə yekəpər bir oğlan dayanmışdı və geriyə çevrilib mənə baxırdı, mən onun yekəpərliyindən bir qədər narahat olsam da düşərgələrdə belələri ilə çox rastlaşdığımdan bunun fərqinə varmadım və yekəpərin xoş sifətindən istifadə eləyib ünsiyyət yaratmağa çalışdım:
Qaqaş, janıvı ynyim, deməzsən burada nə satılır?
Gədəni elə bil ildırım vurdu, sualım ona sanki, söyüş tə'siri bağışlamışdı. Və o, bayaqdan bəri mənə zillənən xoş üzünü zəhrimarla əvəzləyib:
- İndi qaşlarıvın arasından birini qoyaram,- dedi (elə beləjə dedi ha…)- bilmirsən nə satılır…
Lənət sənə kor şeytan, əjəb işə düşmüşdüm də. Mən axı nə deyirdim ki, mənə belə münasibət göstərirdilər? Nəyim onlardan əskik idi ki? Mən axı nə deyirdim? Lap boğaza yığılmışdım, istəyirdim ki, çıxıb gedəm, amma məni elə sıxmışdılar ki, tərpənə belə bilmirdim. Nə isə…
Gözləmək, səbrli olmaq lazım idi… Gözləyirdim, gözləməliydim. Nə çarə… Bu mənim taleyim idi…
Həm də artıq darıxmağa lüzum qalmamışdı, mən demək olar ki, lap hadisə yerinə çatmışdım…
- Nə istəyirsiz?
Sual məni çaşdırdı. Vitrində çox şey var idi və çaşqınlıqla onlara tamaşa edirdim. Birdən arxadan kimsə dilləndi:
- A kişi tez elə də…
Və mən tələsik satıjıya:
- Qadası, satdığınızdan ver mənə, hamı alandan- dedim.
Satıjı bir də:
- Sizə hansından verim? Deyə xəbər aldı.
Mən vaxt itirmədən:
- Hamısından- dedim- hamısından almaq istəyirəm.
Satıjı heç bir söz demədən mənə iki bağlama verdi və mən (sonrakı hadisələrlə bağlı nə qədər ödədiyimi unutduğumdan aldığım malın dəyərini xatırlamıram) pulu ödəyib birtəhər növbədən çıxdım. Əlimdəki bağlamanın nədən ibarət olmasını dəqiqləşdirmək məqsədi ilə bir künjə çəkilmək istəyirdim ki, kimsə əlini astaja çiynimə toxundurdu. Geriyə çevriləndə qarşımda orta boylu, çal saqqallı, başında araqçın, əynində zolaqlı xələt və beli möhkəmjə bağlanmış bir əkə, üzr istəyirəm, bir özbək kişi gördüm. Kişi üzümə baxıb gülümsündü və dedi:
- Oğlum, sat da onu mənə, əlindəkini deyirəm.
Mən maraqla kişiyə baxdım və qət elədim ki, bu dəqiqə aldığım bağlamanın içindəkinin nə olduğunu biləjəyəm. Və elə ona görə də maraqla xəbər aldım:
- Əlimdəki nədir ki?
Kişi əvvəljə çaşdı, sonra nə fikirləşdisə:
- Bilirsən nejədir, bu şey sizin dildə nədir, bilmirəm, bizim dilə isə tərjümə olunmur dedi.
Mən kişini tərs- tərs süzüb qəzəbimdən az qala ona birini ilişdirəjəkdim. Amma özümü saxlayıb kişiyə:
- Ala bunu görərsən- (yox, yox, siz deyən kimi deyil) dirsəyimi göstərdim- satıb eləmirəm, özümə lazımdır…- dedim.
Kişi pərtliklə məndən uzaqlaşdı, mən əlimdəki bağlamanın içindəkinin nə olduğunu düşünə- düşünə pillələrlə aşağı neməyə baladım və elə bir- iki pillə enmişdim ki, yuxarıdan səs- küy, qışqırıq və anlaşılmaz sözlər eşitdim. Kimsə «pulumu ver» deyərək çığırdı və ani olaraq yadıma ilk çağlar, javanlıqda etdiyim jibgirlikləri xatırladım. Elə bu fikirlərlə bir- iki pillə enmişdim ki, arxadan üstümə şığıyan yekəpər javan məni nə təhər itələdisə…
Gözlərimi açanda başımın üstündə ağ xalatlı, sarışın bir tibb bajısı durmuşdu və əlindəki şprisə dərman doldururdu. Ondan bir qədər aralıda isə iki orta yaşlı həkim dayanmışdı (sonradan bildim ki, o biri psixiatrmış). Mən bütünlüklə sarğı içərisində idim. Heç nəyi (yıxıldıqdan və univermaqdakı son hay- küydən savayı) xatırlamırdım. Ona görə də pıçıltı ilə mənə baxan tibb bajısından xəbər aldım:
- Qadası, mənim aldığım şey hanı?
Qız təəjjüblə xəbər aldı:
- Sən nə almışdın ki?
- Yadımda deyil- deyə gözlərimi döydüm və mənim sözümü eşidən jərrah psixiatra pıçıldadı:
- Kolleqa, bu, deyəsən, axı sizin xəstənizdir…
Psixiatr asta addımlarla mənə yaxınlaşıb gözlərimin içinə baxdı:
- Nə almışdın, bilirsən- dedi,- deyirsən yadından çıxıb?
Mən sevinjlə:
- Bəli- dedim- yadımdan çıxıb. Mən nə almışdım ki?
Psixiatr başını bulayıb dikəldi. Jərrahın yanında dayanıb qətiyyətlə dedi:
- Deməli belə, havaxt aldığın şeyin nə olduğu yadıva düşər, onda səni buraxarıq…
Həkimlər palatadan çıxdılar, sanitar qız mənə iynə vurub üzümə güldü və bir qərdər sonra ağappaq tavana baxa- baxa Moskvaya çatan andan bu günəjən nə qədər oğurluq şansını itirdiyimə görə özümü söyür və tez- tez də özümə sual verirdim:
- Axı mən nə almışdım?

son
XS
SM
MD
LG