Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Hədəfdə «Freedom House»… [Video]


Siyasi Azadlıqların Müdafiə Alyansının üzvü, jurnalist Rövşən Hacıbəyli və QHT Alyansının idarə heyətinin üzvü, AGAİT sədri Gülsel Səfərova son vaxtlar «Freedom House» təşkilatına qarşı səslənən bəyanatları müzakirə edirlər.


-
Gülsel Səfərova:

««Freedom House» Azərbaycanın inkişaf dinamikasını, uğurlarını, dünyaya töhfə verəcək layihələrini bir kənara qoyub, sırf birtərəfli, qərəzli, qeyri-obyektiv yanaşmasını müşahidə edirik…».

««Freedom House» təşkilatını heç kim ləkələmək istəmir. «Freedom House» böyük təşkilatdır. Heç kim istəmir desin ki, niyə onun yazılarında iftira, yalan dolu yazılar var. Mən vətəndaş cəmiyyətinin aktiv bir gənci kimi gördüklərimi deyirəm və buna qarşı etirazımı bildirirəm…».

«Bilirik ki, Azərbaycanda demokratik quruculuqda müəyyən problemlər var. Biz demirik hər şey əladır. Amma onlar görünən tərəfdən yazmırlar…».

«Biz bu təşkilatı təşkilat hesab etməsəydik, bəyanatlar göndərməzdik bu təşkilata. Necə ki, biz onların hesabatını oxuyub öz fikrimizi bildiririk, xahiş edirəm ki, bizim də bəyanatlara onlar fikir versinlər və diqqətdən kənar buraxmasınlar...».

«Görürük ki, «Freedom House» ancaq 2-3 anti-Azərbaycan mövqeli insanların, bəlkə də erməni lobbisinə xidmət edir…».

Rövşən Hacıbəyli:

«Kim ki, siyasi azadlıqlarla bağlı məsələləri qabardır, o, Azərbaycan xalqının düşməni sayılır. «Freedom House» təşkilatı niyə sizinlə görüşmür? Siz iqtidarın siyasətini dəstəkləyirsinizsə, iqtidar da siyasi azadlıqları pozursa, deməli, artıq sizin mövqeyiniz bəllidir. Niyə indiyə qədər həmin QHT-lər bir pozulmuş hüquqla bağlı bəyanat verməyiblər? Yalnız iqtidara yönəlik tənqidlər olanda, onların bəyanatı ortaya çıxır…».
XS
SM
MD
LG