Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

AŞPA-nın sənədində Azərbaycanın bircə dəfə də demokratik seçki keçirmədiyi qeyd olunur


Avropa Şurası parlament Assambleyasının iclas zalı.
Avropa Şurası parlament Assambleyasının iclas zalı.
-

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasına Azərbaycana dair iki qətnamə layihəs müzakirəyə çıxarılır. Onlardan biri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasser-in hazırladığı hesabat, ikincisi isə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in birgə hazırladığı məruzədir.

Həmin sənədlər haqqında ətraflı məlumat.


SİYASİ MƏHBUS PROBLEMİ BİTMƏK BİLMİR

AŞPA-da müzakirə olunan Azərbaycanda siyasi məhbuslara dair qətnamə layihəsində qeyd edilir ki, Assambleyanın davamlı səylərinə baxmayaraq Azərbaycanda siyasi məhbus məsələsi həll edilməyib. Sənəddə xüsusi vurğulanır ki, Assambleya bu xüsusda 2004 və 2005-ci illərdə iki qətnamə və bir tövsiyə qəbul etsə də, bu problem hələlik açıq qalır.

Sənəd müəllifləri hesab edirlər ki, “bəzi hallarda, “siyasi məhbus” olduqları iddia edilən şəxslər o qədər uzun müddətə həbsxanada olmuşlar ki, artıq azad edilmələri üçün bütün əsaslar mövcuddur”.

Hesabatda qeyd edilir ki, özlərini siyasi məhbus hesab edənlər, fərdi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər.

Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsi bir sıra hallarda İnsan haqlarına dair Avropa Konvensiyasının pozulması barədə qərarlar qəbul edib və bu cür qərarların yaxın gələcəkdə yenə də qəbul ediləcəyi gözlənilir.

YENİ SİYASİ MƏHBUS TÖVSİYƏLƏRİ

Bu xüsusda Assambleya Azərbaycanı aşağıdakı addımları atmağa dəvət edir:

  • Razılaşdırılmış siyahıya daxil edilmiş şəxslərin, onlardan günahlarının etirafı və ictimai üzr tələbi qoyulmadan işlərinin sürətləndirilməsi.
  • Öz həbs müddətlərinin müəyyən hissəsini bitirmiş iddia olunan siyasi məhbusların Cinayət Məcəlləsinin müddəaları tətbiq olunmaqla şərti azadlığa buraxılması.
  • Ədalətli mühakimə prinsipləri pozulmaqla məhkum edilmiş iddia edilən siyasi məhbusların azad edilməsi və ya işlərinə yenidən baxılması.
  • Ciddi xəstə olan və siyasi məhbus olduqları iddia edilən şəxslərin azad edilməsi.
  • Yalnız bir sıra siyasi tədbirlərdə iştiraklarına görə məhkum edilmiş iddia olunan siyasi məhbusların azadlığa buraxılması.
  • Bir sıra siyasi tədbirlərdə iştirtak etmiş şəxslərin ailə üzvü, qohumu və ya yaxını olaraq həbs edilmiş şəxslərin azadlığa buraxılması.

Sənəddə həmçinin gələcəkdə siyasi məhbusların yaranmaması üçün də çağırışlar edilir:
  • Dinc etiraz aksiyalarında və mitinqlərdə iştiraka görə həbslərin edilməməsi.
  • İnternet də daxil olmaqla, mediada siyasi və dini ifadənin kriminallaşdırılmaması.
  • Bütün şübhəlilərə azad vəkil seçimi imkanının verilməsi.
  • Axtarışların və müsadirələrin müstəqil şahidlərin iştirakı ilə aparılması.
Əlavə olaraq eyd edək ki, Azərbaycan hakimiyyəti ümumiyyətlə ölkədə siyasi məhbusların olduğunu inkar edir. Bakı hətta, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser-in bu mandatla ölkəyə gəlməsinə imkan verməyib.

Christoph Strasser bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycanda azı 58 nəfərin siyasi məhbuslar olduqları güman edilir və onların mümkün qədər tez azadlığa buraxılmasını istəyir.

Azərbaycanda kimlərin siyasi məhbus olmaları və onların sayı üstündə insan haqları fəalları arasında da yekdil fikir yoxdur.

İCRA OLUNMAYAN BİRCƏ ÖHDƏLİK QALIR

Parlament Assambleyasında yanvarın 23-də müzakirəyə çıxarılacaq başqa bir sənəd Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsinə dair məruzədir.

Azərbaycan 2011-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən şuranın üzvü olan ölkələr üçün mövcud öhdəliklərdən başqa bir sıra spesifik öhdəliklər də götürüb.

1997-ci ildən indiyədək monitorinq proseduru əsasında Azərbaycan barəsində 10 qətnamə qəbul edilib.

Sənəddə bu da qeyd olunur ki, Assambleya “Azərbaycanın mürəkkəb geosiyasi-coğrafi vəziyyətini, davam edən Dağlıq Qarabağ münaqişəsini nəzərə alır və təəssüflənir ki, bu münaqişəyə dair AŞPA-nın, Avropa Parlamentinin və BMT-nin müvafiq qətnamələri indiyədək yerinə yetiliməyib.”

Sənədin 4-cü bəndində Azərbaycanın Avropaya və Avroatlantik strukturlara inteqrasiya arzuları barədə bəyanatları təqdir edilir.

Bu da qeyd olunur ki, Azərbaycan Şuraya üzv olduğu vaxtdan bəri təşkilatın aləti olan mühüm konvensiya və sənədlərin, birini çıxmaq şərtilə hamısını imzalanıb və ratifikasiya eedilib.

Layihənin 5-ci bəndində Azərbaycandan yerdə qalan həmin sənədin, 2001-ci ildə imzaladığı – Regional və Azlıqların Dillərinə dair Avropa Xartiyasının ratifikasiyası istənilir.

Layihədə qeyd olunur ki, Azərbaycan demokratik təsisatların fəaliyyəti üçün bəzi həlledici sahələrdə qanunvericilik bazasının yaradılması yönündə irəliləyiş əldə edib. Məsələn, 2005-ci ildə Ədliyyə Hüquq Şurasının yaradılması bu addımlardan biri kimi təqdir olunur.
Sənədin bu bəndində Azərbaycandan Venesiya Komissiyası ilə əməkdaşlıq etməsi istənilir.

Ancaq o da vurğulanır ki, hüququn aliliyi və insan haqlarına hörmət baxımından bəzi qanunların praktikada məhdudlaşdırılması və pozulması insan haqları və qanunun alililiyi baxımından getdikcə daha çox narahatlıq yaradır.

SON 12 İLDƏ BİRCƏ DEMOKRATİK SEÇKİ NÜMUNƏSİ OLMAYIB

Ən mühüm maddələrdən biri olan 8-ci maddədə deyilir: “Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduğu gündən bu yana bircə parlament və prezident seçkisini də demiokratik standartlara uyğun şəkildə keçirməyib. Qüsurlar Seçki Məcəlləsindən, seçki komissiyalarının tərtibindən, namizədlərin qeydiyyatı praktikasından, şikayətlərə və müraciətlərə baxılması prosedurlarından qaynaqlanır” – deyə qeyd edən sənəd müəllifləri Bakını çatızmazlıqları gələn seçkilərədək aradan qaldırmağa çağırırlar.

Bu da qeyd olunur ki, bir sıra tanınmış müxalifət partiyalarının nümayəndələri parlamentdə təmsil olunmurlar və yalnız hakim partiya hər hansı fraksiya yaratmaq iqtidarındadır: “Parlamentdən kənarda qalmış müxalifət partiyaları ilə dialoq qurulmur, onların ifadə və sərbəst toplaşma kimi azadlıqları məhdudlaşdlırlır”.

Sənəddə icazəsiz mitinq və aksiyalarda iştiraka görə cərimələrin artırılması, Bakının mərkəzində hər hansı aksiyalara icazə verilməməsinin ciddi narahatlıq doğurduğu qeyd edilir.

Assambleya həmçinin Azərbaycanda məhkəmə sisteminin hələ də müstəqil olmaması, bunun da qanunun aliliyi və hakimiyyət qollarının ayrılması sisteminə ciddi əngəl yaratmasından, habelə icra hakimiyyətinin bir sıra mühüm məsələlərdə məhkəmə hakimiyyətinə təzyiqlər etməsindən ciddi narahartlıq ifadə edir.

“Assambleya insan haqları fəallarına və jurnalsitlərə qarşı qondarma cinayət işlərinin açılması barədə beynəlxalq insan haqları təşkilatlarının və QHT-lərin verdiyi məlumatlardan həyəcanlıdır. Bu praktika davamlı şəkildə vicdan məhbusu kimi qiymətləndirilə biləcək şəxslərin həbslərinə yol açır” – deyə sənəddə bildirilir.

Məruzə həmçinin tikinti və yenidənqurma işləri zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulması barədə beynəlxalq və yerli təşkilatların verdiyi məlumatlardan narahatlıq ifadə edir.

BAKIYA YENİ ÇAĞIRIŞLAR SİYAHISI

Sənəd yığcam şəkildə deyilərsə, Azərbaycanı aşağıdakı addımları atmağa çağırır:
  • Son prezident və parlament seçkilərində beynəlxalq müşahidəçilərin aşkar etdikləri pozuntu və qüsurların aradan qaldırılması, gələn prezident seçkisinədək Seçki Məcəlləsinə Venesiya komissiyasının tövsiyələri əsasında dəyişikliklərin edilməsi.
  • Parlamentdən kənarda qalmış müxalifətlə dialoqun qurulması.
  • Siyasi partiyaların Nazirlər Komitəsinin Tövsiyələri əsasında maliyyələşdirilməsi və partiyaların maliyyələşdirilməsində korrupsiya hallarının aradan qaldırılması.
  • Konstitusiyaya əsasən hakimiyyətlərin bölünməsinin təmin olunması və icra hakimiyyətinə parlametin nəzarətinin tətbiq edilməsi.
  • Məhkəmə hakimiyyətinin, xüsusən icra hakimiyyəti ilə münasibətdə müstəqilliyinin təmin edilməsi.
  • Hakimiyyət barədə tənqidi mövqedə olan vəkillərə, jurnalistlərə qarşı təzyiqlərdən çəkinilməsi.
  • Korrupsiyaya qarşı mövcud qanunvericiliyin tətbiqinin gücləndirilməsi.
  • İnsan haqları fəallarına və jurnalsitlərə qarşı vətəndaş cəmityyətində və beynəlxalq birlikdə suallar doğurmuş cinayət işlərinə yenidən baxılması.
  • Məhkum edilməsi əsaslı şübhə doğuran məhbusların azad edilməsi üçün bütün mümkün hüquqi alətlərdən istifadə olunması.
  • Siyasi məhbus olduqları iddia edilənlərin səhhəti narahatlıq doğurduğu hallarda onların humanizm mülahizələri ilə azad olunması.
  • Azərbaycanda siyasi məhbus olduqları iddia edilən şəxslər barəsində Assambleyanın bütün qətnamələrinin yerinə yetirilməsi.
  • Polis məntəqələrində iddia olunan işgəncə və pis rəftarın aradan qaldırılması və bu kimi halların dəqiqiliklə araşdırılması.
  • Diffamasiya barədə Venesiya komissiyasının tövsiyələri əsasında qanunvericiliyin formalaşdırılması.
  • Jurnalsitlərin normal fəaliyyəti üçün şəraitin yaradılması və onlara qarşı hər hansı təzyiqlərdən çəkinilməsi.
  • Tənqidi fikir ifadə edən jurnalistlərin və başqa şəxslərin mühakimə edilməsi praktikasına son qoyulması.
  • Jurnalist Elmar Hüseynovun və yazıçı Rafiq Tağının qətli ilə bağlı səmərəli istintaqın aparılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi.
  • Bakının bir sıra mərkəzi hissələrində etiraz aksiyalarının keçirilməsi üçün həm təşkilatçıları, həm də hakimiyyəti qane edən kompromis həllin tapılması.
  • Dinc aksiyalara qarşı aşırı polis zorakılığna son qoyulması.
  • Din azadlığı barədə qanunvericiliyin Vernesiya komissiyasının tövsiyələri əsadında yaxşılaşdırılması.

Bu sənədlər Assambleyanın dekabrın 23-də keçirilən iclasında müzakirəyə çıxarılacaq. AzadlıqRadiosunun əməkdaşları Strasbrqdadırlar. Müzakirələrin gedişi və qəbul edilən qərarlar haqqında ətraflı məlumat verəcəyik.
XS
SM
MD
LG