Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Suallı İsmayıllı


İsmayıllı
İsmayıllı
-
İsmayıllı olaylarından bir həftə vaxt ötüb. Kimsə desə ki, «durum yenə gərgindir», çox da yanılmaz.

İcra hakimiyyətinin önündə iritutumlu avtobuslar, su şırnağı vuran və onlarca Post Patrul Xidməti maşını hazır vəziyyətdə dayanıb. Ara-sıra «çevik polis»lər, zirehli maşın və əsgərlər də gözə dəyir.

Bakıdan aparılan Çevik Polis Alayının əməkdaşları şəhərin mərkəzində iki nəfərlik qruplarla keşik çəkirlər.

Bələdiyyənin ikimərtəbəli binasında yerləşən rayon polis idarəsini avtomatlı polis qoruyur. Rayona girən nabələd adamlar, maşınlar yoxlanılır. Sakinlər qeyri-rəsmi fövqəladə vəziyyətin davam etdiyini deyirlər.

BAKIDAN İSMAYILLIYA GEDƏN QRUP NƏLƏRLƏ ÜZLƏŞDİ?

Yanvarın 29-da Bakıdan İsmayıllıya monitorinq aparmaq üçün gedən bir qrup hüquq-müdafiəçisi də diqqətdənkənar qalmadı. 5 nəfər elə rayonun girişində saxlanılaraq polisə aparıldı. Vəkil Əlayif Həsənov və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevi dəfələrlə polisə üz tutsalar da, müşavirə keçirildiyini deyərək, onları içəriyə buraxmadılar.

Əlayif Həsənov: «Mən vəkiləm, içəri keçməliyəm, buraxın məni, bu da mənim vəkillik vəsiqəm. Biz Bakıdan gəlmişik, saxlananlarla görüşmək istəyirik».

Bir saata yaxın polis bölməsində saxlanandan sonra sərbəst buraxılan hüquq müdafiəçilərinin dediyinə görə, rayon prokuroru, polis idarəsinin rəisi və rəis müavini onlarla danışaraq, İsmayıllını tərk etmələrini istəyiblər.

İsmayıllı
İsmayıllı
Hüquq müdafiəçisi Rəsul Cəfərov: «Dedilər, istədik-istəmədik, hazırda rayonda gərginlikdir. Gərginliyin daha da artmaması üçün rayonu tərk edin. Məqsədimizin polisin saxladığı insanlara işgəncə verilməsi ilə bağlı məlumatları dəqiqləşdirmək olduğunu bildirdik. İşgəncələri yalanladılar, saxlananların sayı barədə də məlumat vermədilər. Yalnız onu dedilər ki, 12 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib».

AzadlıqRadiosu müxbirinin, elə başqa jurnalistlərin də polis bölməsindən çıxanlarla söhbəti yarımçıq qaldı. Polislər söhbətə imkan verməyib hüquq müdafiəçilərini, jurnalistləri ərazidən uzaqlaşdırmağa başladılar. Bundan sonra Bakıdan İsmayıllıya gedən monitorinq qrupunun bir neçə nümayəndəsi rayon icra hakimiyyəti ilə görüşə cəhd etsə də, görüş baş tutmadı. Növbətçi nə icra başçısının, nə də müavinlərinin yerində olduğunu, hansısa bir tədbirə qatıldıqlarını bildirdi.

POLİS İDARƏSİ ÖNÜNDƏ YAXINLARINI GÖZLƏYƏNLƏR

Qrup halında dayanan, gözlərində qorxu və yorğunluq sezilən sakinlərdən polis idarəsi qarşısında kimi və nəyi gözlədiklərini soruşanda, kimi susur, kimi də and-aman edib elə-belə dayandığını deyir:

«Bizim heç bir şeydən xəbərimiz yoxdur, heç nə eşitməmişik. Yaşlı adamlarıq, bilmirik».

Hüquq müdafiəçiləri İsmayıllıda
Hüquq müdafiəçiləri İsmayıllıda
Onlardan biri – Elçin Əmirəliyev 22 yaşlı qardaşı Elmir Əmirəliyevi axtardığını söylədi. Dediyinə görə, qardaşı yanvarın 24-də, hadisələrin ertəsi günü həbs edilib. Bu günədək ondan xəbər-ətər yoxdur:

«Bizə heç bir söz demirlər, bilmirik vəziyyəti necədir».

Söhbətə Elmirin əmisi Nazim İsmayılov müdaxilə edir. Deyir, qardaşının polis idarəsində saxlanması dəqiqdir, amma hər gün buraya gəlsələr də, ondan xəbər verən yoxdur:

«Bunlar heç kimi eşitmirlər. Heç kimə məhəl qoymurlar. O cinayətləri törədən də özləridir. Bütün rayonu zəbt ediblər. Camaatın balalarını tutub salıblar içəri, nə məqsədlə salıblar bilinmir. İndi təbliğat aparırlar ki, hakimiyyətdə qalsınlar, bunlara İsmayıllıda yer yoxdur. Ələkbərovlar İsmayıllıdan getməlidir».

Vəsiqəsini göstərib Yeni Azərbaycan Partiyasının üzvü olduğunu deyən Cavanşir Sadıqov da rayonda baş verən hadisə ilə bağlı hamının bir mövqedən çıxış etdiyini bi
«Çıraq» oteli sökülür
«Çıraq» oteli sökülür
ldirir:

«Mən YAP üzvüyəm, özü də sadiq üzvlərindənəm, amma onların İsmayıllını söyməsi yaramaz. Xahiş edirik, Nizami Ələkbərov çıxsın televiziyaya və əhalidən üzr istəsin».

«ÇIRAQ» OTELİNİN SÖKÜLMƏKLİYİ

Polis təzyiqlərindən sonra rayonu tək edərkən, yanvarın 23-də yandırılan «Çıraq» otelinin ağır texnika ilə söküldüyünü gördük. Yanvarın 23-də axşam saatlarında alova, tüstüyə bürünmüş ərazi indi toz dumana bələnmişdi. Arxası sökülən binanın ön tərəfində polislərin göz qoyduğu fəhlələr otelin içərisindəki salamat avadanlığı yaxınlıqdakı maşınlara yükləyirdilər.

AzadlıqRadiosu müxbirinin otelin sökülməsinə kimin göstəriş verdiyini dəqiqləşdirmək cəhdi boşa çıxdı. Ekskavator sürücüsü göstərişin bir az əvvəl verildiyini desə də, ad çəkə bilməyəcəyini söylədi.

Monitorinq qrupunun üzvləri – hüquq müdafiəçiləri və jurnalistlər İsmayıllını tərk edərkən, «Çıraq» oteli sökülməkdə, alovdan salamat qalan əşyalar da maşınlara yüklənib harasa daşınmaqdaydı...
XS
SM
MD
LG