Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:37

«Royal arxasında Şəhrizad» Almaniyada beynəlxalq caz festivalına qatılacaq


Vaqif Mustafazadə və Əzizə Mustafazadə
Vaqif Mustafazadə və Əzizə Mustafazadə
-
Məşhur azərbaycanlı pianoçu və bəstəkar Əzizə Mustafazadə Almaniyada «Nürtinger Jazz Festival—2013»də çıxış edəcək.

Xəbəri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

«Nürtinger Jazz Festival» fevralın 23-dən martın 10-na qədər Almaniyanın Nürtenqer şəhərində dünya şöhrətli cazmenlərin iştirakı ilə keçiriləcək və yubiley festivalı olacaq.

Festivalın başladığı 20 il ərzində bu 15-ci sayılır.

Əzizə Mustafazadə 1969-cu ildə əfsanəvi Azərbaycan cazmeni Vaqif Mustafazadənin ailəsində dünyaya gəlib.

1990-cı ildən Almaniyada yaşayır.

Alman tənqidçiləri onu «Royal arxasında Şəhrizad» adlandırırlar.

Beynəlxalq müsabiqə və festivalların laureatı olan Əzizə Mustafazadənin yaradıcılığı klassik, caz və Azərbaycan milli motivlərini özündə əks etdirir.

Əzizə 1986-cı ildə Tbilisidə Beynəlxalq caz festivalında qızıl medala layiq görülüb və bu qələbə onun yaradıcılıq fəaliyyətinin başlanğıcı olub.

1997-ci ildə «Queen Elizabeth Hall»da verdiyi konsertdən sonra «Cazın Şahzadəsi» tituluna layiq görülüb və bu adı indiyədək qoruyub saxlayıb.

Əzizə müxtəlif layihələr üzərində çalışır, solo konsertlər verir, yeni albomlar yazdırır.
John Patitucci, Dave Weckl, Bill Evans, Omar Hakim, Toots Thielemans və s. görkəmli musiqiçilərlə əməkdaşlıq edir.
XS
SM
MD
LG