Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

«Yarımçıq əlyazma» - bu dəfə ABŞ-da…


-

«ƏMİNƏM Kİ, OXUCU KİTABI ƏLİNDƏN QOYA BİLMƏYƏCƏK…»


Bu sözlər Kamal Abdullanın ABŞ-ın «Strategic Book Publishing and Riphts Agensy (SBPR)» nəşriyyatında yenicə çapdan çıxmış «Yarımçıq əlyazma» - «The İncomplete Manuscript» kitabının təqdimatında yer alıb.

Xəbəri yazıçının «KamalAbdulla.az» saytı yayıb.

YAZIÇI KİTABI «BÜTÜN MÜƏLLİMLƏRİNƏ VƏ TƏLƏBƏLƏRİNƏ» HƏSR EDİB

Üz qabığında, əsərdə cərəyan edən hadisələrə uyğun - Orta çağ və Dədə Qorqud dövrlərinin ruhunu əks etdirən illüstrasiya verilib.

Əsərin Amerika nəşrinin ilk vərəqində müəllifin «Bütün müəllimlərimə və tələbələrimə» ithaf sözləri yer alıb.

«Yarımçıq əlyazma»nın ABŞ nəşrinin ön sözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə mütəxəssis Max Statkiewicz yazıb.

Kitabı ingiliscəyə Anne Thompson tərcümə edib.

«ROMAN DÜNYADA OXUCULARIN CİDDİ MARAĞINA SƏBƏB OLUB»

Nəşrin üz qabığına yerləşdirilmiş annotasiyada deyilir:

Kamal Abdulla
Kamal Abdulla
«Ann Tomsonun ingilis dilinə tərcümə etdiyi «Yarımçıq əlyazma» romanı əfsanəvi Orta çağ qəhrəmanlarının xəyali həyatından bəhs edir. Gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun «Kitabi Dədə Qorqud» eposu olduğunun fərqinə varır. Eposda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Heyranlıqla oxunan bu roman artıq bütün dünyada oxucuların ciddi marağına səbəb olmuşdur».

«KİTAB - HƏM DƏ DAXİLİ ALƏMİNİZƏ SƏYAHƏTDİR…»

Ardınca ədəbiyyatşünas - alimlər Max Statkiewicz-in(ABŞ), Andrea Brinyon-un (Fransa) və Niyazi Mehdinin (Azərbaycan) «Yarımçıq əlyazma» haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilib.

«Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz». (Andrea Brinyon)

Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğuru sayıla bilər.
XS
SM
MD
LG