Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Avropa Birliyi Azərbaycandakı həbslər və yazarın hədələnməsi haqda bəyanat verdi


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
-
Avropa Birliyi Azərbaycanda insan haqlarının durumu ilə bağlı narahatlıq ifadə edən bəyanat verib.
Birlik Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun həbsi ilə bağlı Avropa Birliyinin rəsmiləri Catherine Eshton və Štefan Füle-nin bəyanatlarına qoşularaq narahatlığını bildirir.
Eləcə də həmin şəxslərin dərhal azadlığa buraxmağa çağırır.
Avropa Birliyi Azərbaycandan həmin şəxslərlə bağlı istintaqın ədalətli, şəffaf və tərəfsiz aparılmasına təminat istəyib.
AB həmçininAzərbaycan hakimiyyətini yanvarın 26-da Bakıda və eləcə də bir qədər əvvəl İsmayıllıda keçirilən etiraz aksiyalarını dəqiq araşdırmağa çağırır.
Qurum Xaçmazda Seçki Monitorionqi və Demokratiyanın Tədrisi Mərkəzinin Avropa Birliyi tərəfindən maliyyələşən treninqində siyasi fəallar Cavid Nəbiyev və Günay İsmayılovanın həbsindən də narahat olduğunu bəyan edib.
AB eyni zamanda, yazıçı Əkrəm Əylisli və ailəsinə qarşı təhdidlərdən dərin narahatlıq keçirir. Azərbaycan hakimiyyətindən ifadə azadlığı və digər təməl insan azadlıqları prinsiplərini əsas tutaraq Əkrəm Əylislinin və ailəsinin təhlükəsizliyinin təmin edilməsini istəyir.
Bəyanatda deyilir ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycanın demokratiya, fundamental azadlıqlar və insan haqları sahəsindəki vəziyyəti, ədalətli məhkəmə sistemini təkmilləşdirmək imkanı var.
XS
SM
MD
LG