Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

01:14 19.2.2013
Ermənistan mediasının xəbərinə görə prezidentliyə namizəd Raffi Hovhannisian sosial şəbəkələrdə belə bir qeyd yazıb:
- Əgər sənin yaxınlarından kimsə, yaxud dostun hazırda seçki məntəqəsində Raffi Hovhannisian-ın vəkilidirsə, ona köməyə tələs.
Onlar hazırda hər yerdə hücum altındadırlar.
Çox təcilidir!!!

----
Hələlik, Hovhannisian-ın konkret hansı vəkillərinə, harada hücum olması barədə konkret məlumat yoxdur.
Yeni xəbərlər gəldikcə, məlumat yenilənir.
02:03 19.2.2013
Prezidentliyə namizəd Raffi Hovhannisian özünün facebook səhifəsində tərəfdarlarını təlaşlanmamağa və təxribatlara uyamağa çağırıb: “Sizdən xahiş edirəm, gecə vaxtı seçki məntəqələrinə getməyin, təxribatlara uyub qarşıdurmaya getməyin. Raffi Hovhannisian-ın mövqeyi dəyişməzdir. Bəzi qüvvələr təxribatlarla Raffi-nin qələbəsinə kölgə salmağa çalışırlar. Seçkidən əvvəl baş verənləri yada salın. Ayıq-sayıq olun.”
02:10 19.2.2013
Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə 1988 seçki məntəqəsindən 1141-də səsvermənin ilkin nəticələrini elan edib.

Həmin 1141 məntəqə üzrə ilkin nəticələr belədir:
Bagratyan Hrant, 18,743 (2.24%)
Hayrikyan Paruyr, 9,946 (1.19%)
Hovhannisian Raffi , 291,790 (34.91%)
Ghukasyan Andrias, 4,919 (0.59%)
Melikyan Arman – 1,997 (0.24%)
Sargsyan Serzh – 505,018 (60.42%)
Sedrakyan Vartan – 3,446 (0.41%.)

Komissiya seçkinin ilkin nəticələrini fevralın 19-u axşam saat 8-də elan etməyi planlaşdırır. Yekun nəticələr isə 7 gün sonra elan ediləcək.
XS
SM
MD
LG