Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

Siyasətbazlığın xarici siyasəti


Ağ Ev
Ağ Ev
-

“Amerikanın xarici siyasəti, tamamilə onun ölkədaxili taktiki siyasi mülahizələrinə tabedir, desək, çox da səhv etmiş olmarıq”.

Bu sərt hökmü iki il Obama administrasiyasında çalışmış və hazırda John Hopkins Ali Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı olan Vali Nasr aprel ayında işıq üzü görəcək “Saya alınmayan ölkə” adlı kitabında verib.

“New York Times” qəzetinin London redaktorlarından Roger Cohen-in diqqətinizə təqdim olunan bu məqaləsində elə bu kitab haqqında məlumat verilir.
Vali Reza Nasr
Vali Reza Nasr

Nasr kitabda prezidentin ilk müddətində buraxılmış xarici siyasət səhvlərindən – real diplomatiyanın çətin seçimlərindən yan keçmək çəhdlərindən, bəzən xırdaçılığa varılmasından, Ağ Evin nisbətən təcrübəsiz olan bir dəstə siyasətbaz müşavirlərindən söz açılır.

Roger Cohen yazır ki, Amerikanın Yaxın Şərqdə ən nüfuzlu nümayəndələrindən biri olmuş Vali Nasr Richard Holbrooke-un baş müşaviri işləyib və bu qənaətdədir ki, Obama siyasətinin əsas məqsədi “strateji qərarların qəbil edilməsi yox, ictimai rəyi qane etmək olub”.

İCTİMAİ RƏYİN NAZI

“Bu mənada Obamanın ilk prezidentlik müddəti uğurlu olub, - yazır Cohen, - o, təkrar seçilib. Amerikalılar böyük müharibələrdən xilas olmaq və qlobal aləmdə daha az izlər buraxmaq istəyirdilər. Obama yaxşı, ya pis, bunu onlara verdi. Lakin bu, çox baha başa gəldi və imkanlar itirildi”.

Roger Cohen yazır ki, “Saya alınmayan ölkə” kitabında John Kerry-nin dövlət katibi kimi yeni vəzifəyə gətirilməsinə də münasibət mənfidir.

Kitab, Kerry-nin vəzifəyə gətirilməsini “dövlət departamentinin axtalanması” adlandırır.
Vali Nasr-ın fikrincə, xarici siyasətin qeyri-ardıcıllığı ABŞ-ın liderliyi üzərinə şübhə kölgəsi salır.

Qeyd edilir ki, qeyri-ardıcıllıq özünü daha çox Əfqanıstan məsələsində büruzə verib. Obama özünün iradəsiz şəxs olmadığını göstərmək üçün ora əlavə olaraq on minlərlə qoşun göndərməklə stavkaları iki dəfə artırıb, lakin bunun ardınca qoşunların ölkədən çıxarılması tarixini elan etməklə, militarist olmadığını nümayiş etdirib və bu arada həlak olmuş əsgərlər heç yada da düşməyib.

HOLBROOKE - SƏLAHİYYƏTSİZ SƏFİR

Vali Nasr yazır ki, Obama Holbrooke-u Əfqanıstan üzrə xüsusi elçi təyin etsə də, onu heç vaxt səlahiyyətləndirməyib. Obamanın Karzai-a verdiyi mesaj bu olub: “Mənim xüsusi elçimə çox da baş qoşma”.
Richard Holbrooke
Richard Holbrooke

Müəllif qeyd edir ki, Ağ Evin Holbrooke-a qarşı kampaniyasını absurd teatrına bənzətmək olardı: O heç vaxt Obamanın Karzai ilə videokonfranslarına daxil edilməzdi və hətta prezidentin Əfqanıstana səfərini müşaiyət edən rəsmilərin arasında da yox idi.

“Ağ Ev Holbrooke-un xətalarını əks etdirən dosye, Cliton isə Ağ Evin AfPak (Əfqanıstan-Pakistan) idarəsinin Holbrooke-a badalaq vurmaq məqsədi güdən qərəzli cəhdlərinə dair ayrıca qovluq saxlayırdı”.

Beləliklə, diplomatiya öldü, - yazır müəllif.

“Biz ondan (Əfqanıstandan), gedişimiz və bunun ardınca gələn fəlakət arasında heç olmasa bir az sakitlik intervalı olacağına ümid edərək əlimizi üzürük” – deyə Nasr nəticəyə gəlir.

Vali Nasr Obamanın Pakistan siyasətini də iflas adlandırır: “Belə uğursuzluq, prezident xarici siyasəti Pentaqonun və kəşfiyyat xidmətlərinin ixtiyarına buraxanda, baş verir”.

OBAMA İRANI UŞAQ SAYIB

Müəllifin fikrincə, İran Obamanın nüvə sahəsində hər hansı razılaşmaya dərin ikili münasibətini nümayiş etdirir.

O yazır ki, İranla danışıqlar, sadəcə, təxribat kampaniyası, iqtisadi təzyiq və kibermüharibə üçün örtük olub.

Vali Nasr-ın fikrincə, Obama, İranla danışıqların üç raundu ərzində ona köhnəlmiş təyyarələrin çıxdaşını verməklə, əvəzində Tehranın öz nüvə proqramından əl çəkəcəyinə sadəlövhcəsinə inanıb.

Kitab müəllifinin rəyincə, İsrail-Fələstin münasibətləri məsələsində də Barack Obama əvvəlcə yeni ideyalarla çıxış edib, sonradan geri çəkilib.

“Saya alınmayan ölkə” cəsarətli kitabdır, - yazır Cohen, - Onun əsas mesajı bəllidir: Diplomatiya çətin işdir və itkiləri var, lakin diplomatiyadan əl çəkəndə onun itkiləri daha çox olur”.
XS
SM
MD
LG