Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Udilər öz dillərini sevə-sevə öyrənirlər


Udi məktəbi -- 1993
Udi məktəbi -- 1993
-
«Bizdə azərbaycanlı uşaqlar da var. Onlar da udi dilində elə gözəl danışırlar ki, mən çox sevinirəm».

21 fevral - Beynəlxalq Ana Dili Günüdür.

Udi dilində layla oxuyan 70 yaşlı Yeva nənə deyir ki, o, öz dilini ailədə, ata-anasından öyrənib. Həmin vaxtlar udi dilində məktəb yoxmuş. Onun nəvələri də udi dilinə ailədə yiyələnib. Yeni nəslin bəxti gətirib: ana dilini həm ailədə, həm də məktəbdə öyrənir. 1992-ci ildən Qəbələ rayonunun Nic qəsəbəsindəki məktəblərin ibtidai siniflərində udicənin tədrisinə başlanıb.

Azərbaycanda udilər, əsasən, Qəbələnin Nic kəndində yaşayırlar. İcra nümayəndəsi Vidadi Mahmudovun verdiyi məlumata görə, kənddə 3700 nəfər udi yaşayır. Burada 5 məktəb var. Üç məktəb rus dilində, iki məktəb Azərbaycan dilindədir. Udi dili aşağı siniflərdə tədris olunur:

«Sovet dövründə Nicdə ana dili tədris olunmurdu. SSRİ dağılandan sonra udilərə də ana dillərində oxumaq imkanı yaradıldı».

MƏKTƏBDƏ UDİLƏRLƏ BİRGƏ AZƏRBAYCANLILAR DA UDİ DİLİNİ ÖYRƏNİRLƏR

udi dili

Udi dili

Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir.

Udi dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir. Belə ki, udilər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər. Udi dilində 10000 çox insan danışır. Udi dili Yazılışsız dil kimi tanınır, lakin son zamanlar Yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. Rəsmi dil kimi udi dili yalnız udilərin çoxluq təşkil etdiyi dövlətlərdə qəbul olunub.

İbtidai siniflər üçün udi dili dərslikləri hazırlayan Venera Antonova 30 ildir müəllim çalışır. O, Nicdəki 5 saylı məktəbdə həm udi, həm də ingilis dillərini öyrədir:

«Bizdə uşaqlar 1-ci sinifdən 4-cü sinfədək həftədə iki dəfə udu dili dərsini keçir. İlk dövrlər dərsliklər yox idi. Mən yavaş-yavaş materialları hazırladım. İndi 1-ci, 2-ci, 3-cü sinif üçün dərsliklərimiz var. Ancaq 4-cü sinif üçün hələ kitabımız yoxdur. İndi onun üstündə işləyirəm. Çalışırıq ki, gələn ilə 4-cü sinif kitabı da çap olunsun. Uşaqlar öz ana dillərini sevə-sevə öyrənirlər. Çox böyük maraqları var. Bizdə azərbaycanlı uşaqlar da var. Onlar da udi dilində elə gözəl danışırlar ki, mən çox sevinirəm».

Nicdə «Orain» («Bulaq») adlı Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri Oleq Danakari deyir ki, udilər həm dillərini, həm də adət-ənənələrini neçə əsrlərdir qoruyub saxlayırlar:

«Biz udilər tarixən öz dilimizi qoruyub saxlamışıq. Udilər evdə, məişətdə, cəmiyyətdə, harada olursa, öz dilində danışırlar. Həm də Azərbaycan yeganə məkandır ki, biz öz dilimizi qoruya bilirik.
Təhsil Nazirliyi
Təhsil Nazirliyi
Rusiyada, Ukraynada, Qazaxıstanda yaşayan udilər öz dillərini itirirlər. Bizdə isə belə deyil. Bizdə uşaq doğulanda o, öz ana dilində danışır».

Oleq Danakarinin fikrincə, ibtidai siniflərdə udi dilində təhsil almaq da udi dilinin inkişafına müsbət təsir göstərib.

TƏHSİL NAZİRLİYİ: 4-CÜ SİNİF DƏRSLİYİNİ HAZIRLASINLAR, ÇAP EDƏK

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyir ki, indiyədək udilər üçün 3-cü sinfə qədər dərslik hazırlanıb:

«Milli azlıqların birinci sinifləri üçün şəkilli dərs vəsaitimiz var. O kitab bütün milli azlıqlar üçün nəzərdə tutulub. İkinci sinif üçün «Nanay muz» adlı udu dili dərsliyi var. 3-cü sinfin kitabı da hazırlanıb. Adı «Udu muz»dur. O dərslik bir neçə il istifadə üçün nəzərdə tutulub. 4-cü sinfi də nə vaxt hazırlasalar, biz çap edəcəyik».

Bütövlükdə Azərbaycanda 4 min udi yaşayır. Nic kəndində yaşayan udilər indidən may ayında keçirəcəkləri «Kala Axsibay»a – Böyük Bayrama hazırlaşırlar. Özü də əsl coşqu və həvəslə.
XS
SM
MD
LG