Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

Əli Həsənov: «Sarkisian-ı da, Gorbachev-i də məhkəməyə vermək lazımdır»


Əli Həsənov
Əli Həsənov
-
«Xocalı soyqırımını törədənləri, Kocharyan-ı da, Sarkisian-ı da, Gorbachev-i də beynəlxalq məhkəməyə, tribunala vermək lazımdır».

Bunu fevralın 22-də Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Məlumatı «Trend» yayıb. Əli Həsənov deyib:

«II Dünya müharibəsində yəhudi soyqırımını törədənlərin hamısı cəzalandırıldı. Amma təəssüf ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmayıb».

Baş nazirin müavini təəssüflənir ki, materiallar hələ tam toplanmayıb:
«Amma bu iş davam edir. Ümid edirik ki, Azərbaycan beynəlxalq hüquq normalarından istifadə edəcək. Təəssüf ki, bu gün insan hüquqlarından danışan beynəlxalq təşkilatların heç biri bu məsələyə münasibət bildirməyib. Çünki biz azərbaycanlıyıq, çünki biz türkük».

Lakin Əli Həsənovun fikrincə, Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün işləri görür və konkret nəticələr artıq görünməyə başlayıb.
XS
SM
MD
LG