Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Ankarada Xocalı stendinə hücum olub


Ankarada Xocalı stendinə hücum olub.

Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə hücum ediblər.

«Anadolu» agentliyinin məlumatına görə, hadisə fevralın 24-ü Xocalı faciəsinin tanınması üçün imza toplayarkən baş verib.

Tədbiri Gökbörü Türkçülər Dərnəyi keçirirdi.

Gökbörü Türkçülər Dərnəyinin sosial şəbəkələrdə yaydığı məlumata görə,
stendə hücumu kommunistlər və separatçı kürdlər təşkil edib.

Türkiyə Komunist Partiyası «Twitter» hesabında Qızılaydakı aksiyanın TKP və onun tərəfdarları ilə heç bir əlaqəsi olmadığını yazıb.
XS
SM
MD
LG