Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Kosa prezidentə müraciət etdi: «Bu, haqsızlıqdır!»


Novruz şənliyi, 20 mart 2007
Novruz şənliyi, 20 mart 2007
-
İllərdir Novruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzlu keçən il olduğu kimi builki şənliklərə də dəvət olunmayıb.

Bununla əlaqədar Qafar Novruzlu Prezident İlham Əliyevə müraciət edib.

Aktyor AzadlıqRadiosuna bildirib ki, bunu özünə qarşı haqsızlıq sayır.

«Mənə oxşar balacaboy bir aktyor tapıblar. Prezidentə məktub yazmışam, saytına da yazmışam, Mehriban Əliyevaya da yazmışam. Hələ heç birinə cavab almamışam. Fevralın 15-dən bu işin üstünə düşmüşəm. Desinlər görüm, nədə səhv etmişəm? Bəlkə prezidentdən pul, ev, maşın istəmişəm? Mən yaradıcılığıma həmişə şəxsi enerjimi qoymuşam».

Qafar Novruzlu deyir ki, 2009-2010-cu illərdə də onu dövlət tədbirlərindən kənarlaşdırıbmışlar. Ancaq prezident onunla maraqlanandan sonra 2011-ci ildə yenidən onu bayram şənliyinə dəvət edibmişlər:

«Həmin vaxt prezident demişdi ki, bizim öz Kosamız, Keçəlimiz hanı? O söhbətdən sonra məni 2011-ci ildə çağırdılar. Keçən il niyə çağırmadılar, demədilər. Bilmək istəyirəm, bunu prezident istəməyib, yoxsa kim?».

Qafar Novruzlu Kosa rolundan uzaqlaşdırılmasında Mədəniyyət Nazirliyini ittiham edir.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna dedilər ki, aktyor onlara da müraciət edib. Ona cavab hazırlanır.

Qafar Novruzlu 1997-ci ildən keçirilən rəsmi Novruz şənliklərində Kosa obrazını canlandırırdı.
XS
SM
MD
LG