Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Gülər Əhmədova videolarla bağlı ifadə verməyəcəyini deyir


Videodan kadr
Videodan kadr
-
«Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videomateriallarla bağlı ifadə verməyəcək».

Bunu apa-ya açıqlamasında həbsdə olan sabiq deputatın vəkili Raqif Mustafayev deyib.

Vəkil martın 12-də görüş zamanı Gülər Əhmədovanın belə bir fikir səsləndirdiyi deyib:

«Gülər xanımın fikri belədir ki, Elşad Abdullayevin yaydığı videolar montajdır. Qanun da bunun sübut kimi götürülməsini nəzərdə tutmur. Bunun üçün həmin videolar əsassız sayılmalıdır. Gülər Əhmədova həmin videolarla bağlı istintaqa ifadə verməyəcək. Lakin digər məsələlərlə bağlı ifadə verəcək».

Raqif Mustafayev videolarla bağlı ekspert rəyini də əsassız hesab etdiklərini deyir.

«Düzdür, həmin ekspert rəyi ilə bizi tanış etməyiblər. Hər halda, videolar saxtadırsa, onun ekspert rəyindən də nəsə gözləməyə dəyməz».

Gülər Əhmədova hazırda dələduzluq ittihamı ilə həbsdədir. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirir. Buna dair video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.

Bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
XS
SM
MD
LG