Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

PKK Türkiyə ilə barışırmı?


Kürd siyasətçilər 18 martda İstanbulda Novruzu qeyd edir
Kürd siyasətçilər 18 martda İstanbulda Novruzu qeyd edir
-
DİYARBƏKİRDƏ FƏRQLİ NOVRUZ

Novruz bir çox ölkələrdə sadəcə milli bayram kimi qeyd olunsa da, Türkiyədə əsasən kürdlər və PKK tərəfindən bu bayram siyasət yüklü bir tədbir kimi 1977-ci ildən bəri qeyd edilir. 1984-cü ildən PKK silahlı üsyana başlayandan Türkiyədə Novruz dönəmləri həmişə Diyarbəkirdə toqquşmalar, terror hücumları ilə yadda qalıb.

2012-ci ilin oktyabrından Türkiyədəki iqtidar partiyası AKP-nin başladığı və həbsdə olan PKK lideri Abdullah Öcalan-ın da qatdığı barış prosesi elan ediləndən sonra builki Novruz xüsusi önəm daşıyırdı.

KÜRDLƏR NƏ İSTƏYİR?

Martın 21-də 100 minlərlə adam Diyarbəkirdəki Novruz şənliyinə qatılmışdı. Kürd, laz, türk və başqa dillərdə mahnıların oxunduğu tədbirdə müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri də iştirak edirdi... Toplananların əsas istəyi isə bu Novruzun artıq yeni bir barış novruzu olmasıydı.

ÖCALAN-IN TARİXİ MESAJI

Bu Novruz şənliklərini ən önəmli edən amil isə Abdullah Öcalan-ın gözlənilən barış – sülh mesajı idi. Öcalan öncədən bu mesajın tarixi mesaj olacağını elan etmişdi.

Günorta saatlarında öncəki günlər Öcalan-la görüşə gedən kürd partiyası – BDP üzvləri mesajı öncə kürdcə oxudular. Sonra isə Sırrı Süreyya Önder Öcalan-ın mesajını türkcə səsləndirdi:

«Sayın Öcalan deyir ki, artıq silahlı mübarizəni dayandırıb, demokratik mübarizəyə keçmə günü gəlmişdir....».

Mesajın gözlənilən ən önəmli hissəsi isə PKK-ya yönəlmişdi. Öcalan PKK-dan silahları buraxıb, Türkiyə ərazilərini tərk etməyini istədi:

«Silahları buraxıb, sınırları tərk etmə zamanı gəlmişdir».



SÜLH PLANI NƏYİ NƏZƏRDƏ TUTUR?

Türkiyədə bütün siyasi qruplar kürdlərlə aparılan danışıqları dəstəkləsələr də, bu proses elə ağrısız keçmir. Ortalıqda dolaşan plana görə, 3 mərhələləri planın ilk mərhələsində PKK silahları yerə qoymalı idi. 2-ci mərhələdə Türkiyədə Konstitusiyanın dəyişdirilməsi nəzərdə tutulurdu. Əsas məsələ «türk xalqı» ifadəsinin «Türkiyə xalqı» ifadəsi ilə əvəzlənməsi; bütün etnik, milli azlıqların hüquqlarının tanınmasıdır. Konstitusiya dəyişikliyi ilə bərabər PKK-nın 3500-ə yaxın yaraqlısının Türkiyəni tərk edib, İraqın şimalına yerləşməsi nəzərdə tutulur. Sonuncu 3-cü mərhələdə isə yaraqlıların yenidən cəmiyyətə qayıtması, kürdlərin yaşadıqları ərazidə iqtisadi imkanların artırılması, iş yerlərinin və məktəblərin açılmasıdır. Planın ən önəmli özəlliyi budur ki, bu dəfə Öcalan hər hansı müstəqillikdən bəhs etmir.
Diyarbəkirdə mitinq - 21 mart 2013
Diyarbəkirdə mitinq - 21 mart 2013

PROSES NƏ VAXT BİTƏCƏK?

Türkiyənin Ədliyyə naziri Sadullah Ergin bildirib ki, 2013-cü ilin avqustuna qədər PKK-nın Türkiyədən çıxmasını və ilin sonuna qədər planın 3-cü mərhələsinin icrasına başlamağı nəzərdə tuturlar. Ancaq «Guardian» qəzetinə danışan Çengiz Aktar kimi ekspertlər 1984-cü ildən bəri davam edən və 40 mindən çox adamın ölümünə səbəb olan problemin birdəfəlik həll olunmağına inanmır. Onun fikrincə, silahlı mərhələ bitsə belə, bundan sonra çox uzun zaman alacaq post-konflikt dövrü başlayacaq.

... VƏ SÜLH ÜÇÜN ERMƏNİCƏ SARI GƏLİN...

Amma artıq indidən müəyyən problemlər də ortaya çıxır. Məsələn, Türkiyədə barış prosesi adlandırılan proses zamanı təkcə kürdlər yox, ermənilər və başqa azlıqları da əhatə etməsi vəd edilir.

Bu prosesi dəstəkləyən musiqiçilər uzun zamandır verdikləri konsertlərdə Türkiyənin hər yerindən ortaq mahnılar oxuyurlar. Amma Türkiyənin ünlü bəstəkarı və müğənnisi Sezen Aksu martın 19-da Ankara konsertində «Sarı gəlin» mahnısını da ortaq türk-erməni türküsü kimi elan edib, ermənicə oxuması həm azərbaycanlılar, həm də Türkiyədəki milliyyətçilərin etirazına səbəb olub.
XS
SM
MD
LG