Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Fəhlələr Qəbələdə etiraz aksiyası keçiriblər [Video]


Qəbələdə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Qəbələdə etiraz aksiyası

-
İCRA HAKİMİYYƏTİ VƏD VERİB

Qəbələdə keçirilən etiraz aksiyası zamanı şirkət rəhbərliyi işçilərin qarşısına çıxmayıb.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, təxminən saat yarım davam edən etirazdan sonra icra hakimiyyətinin məsul şəxsləri onlarla görüşüb.

İşçilər öz tələblərini yazılı şəkildə rayon rəsmilərinə təqdim ediblər. Bu tələblər arasında əmək müqaviləsinin bağlanması, 8 saatlıq iş rejimi və s. var.

İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Təbriz Abdulxalıqov bu tələblərin bayram günləri bitdikdən sonra, bir həftə ərzində yerinə yetiriləcəyini vəd edib.

QƏBƏLƏDƏ TİKİNTİ İŞÇİLƏRİ ETİRAZ EDİR

Martın 25-də, səhər saatlarında Qəbələdə «Azəri Trans» tikinti şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları AzadlıqRadiosuna bildiriblər ki, işçi hüquqlarının tapdalanmasınadan, əmək müqavilələrinin olmamasından və maaşlarının azlığından şikayət edirlər.

Aksiyada yüzə yaxın adam iştirak edib.

Aksiya iştirakçıları deyiblər ki, 2 ay əvvəl çalışdıqları şirkətdən əmək müqaviləsi tələb etdiklərinə görə, 46 nəfər işdən azad edilib. Aksiyaçılar bununla bağlı Prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktubla müraciət ediblər.

Aksiyaçılarla görüşən Qəbələ Rayon İcra Hakimiyyətinin baş arxitektoru Təbriz Abdulxalıqov onların tələbləriylə tanış olduğunu, qarşıdan gələn iş günlərində problemlərin həll ediləcəyini deyib.

«Azəri Trans» tikinti şirkətindən məsələyə münasibət bildirməyiblər.

Aksiyaya polis müdaxiləsi olmayıb.

«Azəri Trans» tikinti şirkəti Qəbələ aeroportundan şəhərə qədərki məsafədə hasarların tikilməsi, eləcə də, rayon mərkəzində sökülən bəzi evlərin və hasarların bərpası ilə məşğuldur.

Aksiyada «Azəri Trans»la yanaşı, «Gilan Holdinq»ə daxil olan tikinti şirkətinin əməkdaşları da iştirak ediblər. Onların da tələbi eynidir.

Qəbələdəki bir sıra müəssisələr, o cümlədən eyni adlı otel «Gilan Holdinq»ə məxsusdur.
XS
SM
MD
LG