Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Avropa Şurasının üzünü qaraldan kürü


Economist jurnalı yazır ki, Freedom House-a görə Azərbaycan demokratik ölkə deyil. 1990-cı illərdən seçkilər böyük çatışmazlıqlarla keçirilir. Parlament hökumət qərarlarına möhür basmaqla məşğuldur. Korrupsiya geniş kök atıb.

Nəzəri olaraq, yalnız demokratik ölkə Avropa Şurasına üzv ola bilər. Çünki Avropa Şurası insan haqlarını dəstəkləyən birlikdir. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür.

O vaxt Şura üzvləri ümid edirdilər ki, üzvlük Azərbaycanın demokratik keçidini sürətləndirəcək. Ancaq belə olmadı. Əksinə, seçkilərin manipulyasiyası son 10 ildə artdı.

Avropa Sabitlik Təşəbbüsü (AST) təşkilatı Azərbaycanda 2010-cu ilin parlament seçkilərini Avropa Şurası ölkələri arasında ən pozuntulu adlandırdı.

Ancaq kimin nə vecinə?

Onsuz da demokratiya Şuranın bir sıra ölkəsində , o cümlədən Rusiyada da pis gündədir.

Azərbaycanın əhəmiyyəti onun enerji ejhtiyatlarında və coğrafi mövqeyindədir. Son 10 ildə qərb diplomatları insan haqlarından əllərini çox cəld çəkirdilər.

Ancaq bu, Qərb etinasızlığı məsələsi deyil.

KÜRÜ DİPLOMATİYASI

Azərbaycan Şuraya üzv olandan “kürü diplomatiyası”na keçib. Buna hədiyyələr, səyahətlər və pul daxildir. Bunun sayəsində Azərbaycan Şura daxilində öz vəkil qrupunu yaradıb, bu qrup Azərbaycanın marağından çıxış edir və Şuranı iqtidarsız edib.

2005-ci ilin parlament seçkilərindən sonra bəzi Şura üzvləri Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməyi təklif edirdi. 5 ildən sonra 2010-cu ilin parlament seçkilərindən sonra bunu dilinə gətirən belə olmadı.

Jurnal daha sonra soruşur ki, Azərbaycanın öhdəliklərinə əməl etməsi haqda Pedro Agramuntun və Joseph Debono Grechin hesabatını Şuranın təsdiq etməsi düzgündürmü?


Pedro Agramunt Font de Mora
Pedro Agramunt Font de Mora
Jurnal yazır ki, Avropa Sabitlik Təşəbbüsü ( AST) Agramuntu “Əliyev rejiminin müdafiəçisi” adlandırır. Deyir ki, hesabat yanlış olaraq “müsbət addlımları” qeyd edir. Ciddi problemlər qıraqda qalıb.

AST iddia edir ki, hesabat sehirbazlıqdır və təmiz oynamaq deyil.

SİYASİ MƏHBUSLAR

Economist daha sonra yazır ki, ən çox fikir ayrılığı yaradan isə siyasi məhbuslar məsələsi oldu. 2009-cu ilin dekabr ayında AŞPA Christof Straesserdən xahiş etdi ki, bu anlayışı rəsmi olaraq müəyyən etsin. Onun 2012-ci ilin oktyabrında təqdim etdiyi tərif AŞPA-nın 2001-ci ildə verdiyi ilə eyni idi.

Onda bəzi nümayəndələr dedilər ki, AŞPA-nın belə insan haqları pozuntularını qiymətləndirmək səlahiyyəti yoxdur. Bunlar Avropa İnsan haqları Məhkəməsindən olnalar idi. Onların bu cəhdi cüzi fərqlə məğlub oldu.

Ancaq pis günlər qabaqda idi. Azərbaycanın 3 dəfə viza verməkdən imtina etdiyi Straesser Azərbaycanda siyasi məhbus məsələsinin vəziyyəti haqda hesabat yazdı. AŞPA bu hesabatı yanvarın 23-də müzakirəyə çıxartdı.

Müzakirə vaxtı mövqelər qütbləşdi. Bəzi nümayəndələr hesab edirdi ki, Azərbaycanın Sraesserə viza verməməsi yolverilməzdir. Başqaları isə deyirdi ki, elə buna görə də hesabatı etibarlı saymaq olmaz. Bəziləri isə “məhbus karuselinə” diqqəti çəkirdi: bu karuseldə insanlar tutulur, buraxılır, yenidən tutulur.

Həmməruzəçilərin hesabatı nəşr olunandan az sonra adı çəkilən 14 məhbusdan 13-ü prezident fərmanı ilə əfv olundu. Bu da Agramunta əsas verdi ki, debat vaxtı siyasi məhbus məsələsini rədd etsin.

AŞPA Straesserin hesabatını rədd edəndən 3 gün sonra isə Bakı məhkəmələri daha 5 nümayişçini həbsə məhkum etdi.

Ancaq jurnal yazır ki, tərəqqi də var. Agramuntla Grechin hesabatını təsdiqləyən AŞPA qətnaməsi “vicdan məhbusu hesab oluna biləcək insanların sistemli tutulmasını” qeyd edir.
Azərbaycanın işlərindən narahat olanların sayı artır.

Amnesty İnternationala görə, bu ilki oktyabr seçkilərinə hökumət narazılığı əzməklə gedir. Fevralda prezidentliyə iddiaçı İlqar Məmmədov tutuldu. O İsmayıllıda çox güman ki. spontan olan narazılığı “təşkil” etməkdə ittiham olundu. Keçən həftə isə müstəqil jurnalist 9 il həbsə məhkum olundu.

Jurnal bütün bunları niyə yazır? - Azərbaycan Şuranın Nazirlər kabinetində 2014-cü ilin mayında sədr olacaq. Avropa Şurasının etibarı risk altındadır.
XS
SM
MD
LG