Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:36

Carla Bruni Fransa prezidentini «pinqvin» adlandırıb


Carla Bruni
Carla Bruni
-
Carla Bruni aprelin 1-də çıxan yeni «Little French Songs» («Fransız nəğməcikləri») albomunda həm ərinə - keçmiş prezident Nicola Sarkozy-yə mahnı həsr edib, həm də Fransanın indiki prezidenti Fransua Ollanda sataşıb.
«The Hollywood Reporter»in yaydığı xəbərə görə, o, «The Pengiun» adlı mahnıda Fransa prezidentini pinqvinlə müqayisə edib.
Fransızlar, adətən, gözəl geyinən, amma geyiminə uyğun davranmağı bacarmayanlara «pinqvin» deyirlər.
«Pinqvin krallıq iddiasındadır, amma tərbiyəsi çatmır» -mahnının sözlərində belə deyilir.
Bu mahnıda Sarkozi və Bruni-nin Yelisey sarayını tərk etdikləri gün də xatırlanır.
Məhz həmin gün Olland ənənəvi bağ gəzintisi əvəzinə, sarayda fotoqraflara poz verirmiş...
Carla Bruni yeni prezidentin elə bu davranışından hirslənibmiş: «Ey, Pinqvin, sən öz bağında elə tək-tənhasan ki... İşdir, görüşsək, sənə əlimi necə öpməyi öyrədərəm...» .
«Little French Songs» Carla Bruninin dördüncü albomudur.
O, həm öz mahnılarını, həm də digər bəstəkarların yazdığı mahnıları oxuyur.
XS
SM
MD
LG