Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Azərbaycan Demokratik Respublikasının qurulmasında rolu olmuş polyaklar


-
Azərbaycanın Polşadakı keçmiş səfiri, hazırda ölkəni Macarıstanda təmsil edən, eyni zamanda elmi fəaliyyəti ilə də tanınan Vilayət Quliyevin «Polyaklar Azərbaycan Demokratik Respublikasında» kitabı Varşavada polyak dilində nəşr olunub.
Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.
Adam Mitskeviç İnstitutu ilə Polşadakı Azərbaycan səfirliyinin birgə layihəsi olan bu nəşrdə 1918-1920-ci illərdə ilk milli Cümhuriyyətimizin qurulmasında və onun ordusunun, habelə digər dövlətçilik institutlarının yaradılmasında yaxından iştirak edən polyaklar və Polşa tatarları haqqında Bakı, Varşava və Vilnüs arxivlərindən toplanmış materiallar əsasında geniş məlumat verilib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov kitaba ön söz yazıb.
Hazırda Adam Mitskeviç İnstitutu Vilayət Quliyevin “Azərbaycanlılar Polşada” adlı növbəti kitabını polyak dilində nəşrə hazırlayır.
Bu kitabda XIX-XX əsrlərdə Polşa ilə sıx əlaqələr quran, onun mədəniyyətinə və ictimai fikrinə töhfə verən azərbaycanlılar haqqında söhbət açılır.
XS
SM
MD
LG