Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

Gənc Tamaşaçılar Teatrında «Müharibə» olacaq


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır.

Teatrda İsveç dramaturqu Lars Noren-in «Müharibə» pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

Xəbərdə deyilir ki, 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə birləşdirir.

Müharibədən yenicə qayıdan, kor və səfil görkəmli ata, ərinin müharibədən qayıtmayacağını düşünüb onun qardaşı ilə eşq yaşayan qadın, uşaq yaşlarından düşdüyü murdar şəraiti qəbul edib bu yolla pul qazanan böyük bacı, hələ də öz uşaq məsumluğunu qorumağı bacaran balaca bacı tamaşanın personajlarıdır.

Rollarda əməkdar artistlər Qurban İsmayılov (ata), Kəmalə Hüseynova (ana), aktyorlar Rasim Cəfər (qardaş), Nigar Məmmədova (böyük qız), Roza İbadova (kiçik qız) oynayırlar.

İlk tamaşa aprelin 13-də saat 19:00-da nümayiş etdiriləcək.
XS
SM
MD
LG