Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Neft şirkətindən büdcəyə axan pullar artıb


Arxiv foto
Arxiv foto
-
Azərbaycan respublikası dövlət neft şirkəti 2013-cü ilin mart ayında dövlət büdcəsinə 119 milyon 476 min manat vəsait ödəyib. Məlumat Dövlət neft şirkətinin internet səhifəsində yayılıb.
Məlumatda bildirilir ki, 2013-cü ilin yanvar-mart aylarında isə büdcəyə 385 milyon 992 min manat ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 570 min manat və ya 119,7 faiz çoxdur.
ARDNŞ cari ilin mart ayında Dövlət sosial müdafiə fonduna isə 12 milyon 822 min manat vəsait köçürüb. Bu da ötən ilin mart ayına nisbətən 940 min manat və ya 107,9 faiz çoxdur.
XS
SM
MD
LG