Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi artıb


Arxiv foto
Arxiv foto
Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin artması müşahidə olunur. APA-nın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova quduzluq üzrə təlim seminarda çıxışı zamanı deyib ki, 2012-ci ildə isə 2011-ci illə müqayisədə xəstəliyin sayı nisbətən azalıb.

Onun sözlərinə görə, əgər 2011-ci ildə heyvanlardan götürülən 71 nümunədən 32-də quduzluq xəstəliyi aşkarlandığı halda, 2012-ci ildə 56 nümunədən 18-də quduzluq xəstəliyi aşkar edilib:

«Bu il isə bu sayda nisbətən artım var. Çünki bu ilin 3 ayı ərzində ölkədə Dövlət Baytarlıq Xidmətinin laboratoriyası tərəfindən heyvanlardan götürülən 16 nümunədən 15-də quduzluq xəstəliyi aşkarlanıb. Quduzluq xəstəliyi daha çox vəhşi heyvanlar və sahibsiz itlərdə yaranır. Bunların qarşısını almaq üçün vəhşi heyvan və sahibsiz itlər üzərində peyvəndlənmə işləri görülməlidir. Lakin hələ də ölkədə belə peyvəndlənmə aparılmadığından görülən işlər öz müsbət nəticəsini vermir».
XS
SM
MD
LG