Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Onlar gəldilər!


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Aygül Qurbanova


Onlar gəldilər!

Onlar yenə gəldilər, əzizim..
Gəncliyimizi almağa,
Məni səndən ayırmağa,
Azadlığımıza sancılan
Mismarları boşalmış
Cırıldayan yataqlı otaqlara
Salmağa gəldilər!
Bilirsənmi, əzizim
Bu qırıq yatağın səsi
Bizim gəncliyimizin iniltisidir..
Əzik, sınıq-salxaq gəncliyimizin
Çiyinlərində bezik vücudumuzu
Daşımağa bənzəyir..
Yataq rahatlıqdır, əzizim..
Bizim rahatsızlığmız
Yatağımızdan başlayır,
Bizim azadlığımız
Biz zindan yataqlarında olanda
Məmur yataqlarında zorlanır..
Onlar gəldilər, əzizim..
Və sanırlar ki, bu gəliş qürurludur..
Ancaq bilirsən deyilmi, sevgilim,
Onlar oğrudur, təkcə azadlığımızı,
Gəncliyimizi deyil,
cismimizi belə oğurlayırlar..
Onlar anlamırlar, əzizim,
Onlar anlamırlar ki,
Bizlər azadlığı cismimizdə deyil,
Azad ruhumuzda,
Haqqımızda, hüququmuzda görürük..
Bizlər vurulanda deyil,
Heyvan yerinə qoyulanda ölürük..
Necədə miskindirlər..
Bilirsən, deyilmi, sevgilim,
Dinməyim, haqsızlığı görməyim deyə
Döyüləndə tozlu təpiklər altında
Inqilabı görür gözlərim..
Bizlər bu inqilabın yolunda
Oxuduq durmadan, əzizim..
Hələ də durur, indi mənim durmadığım
Otağımda sənin verdiyin kitablar..
Aramızdan yetişirdi Riçsaslar,
Pablo Nerudalar..
Necə həvəslə oxuyurduq, əzizim..
Əziz Nesin, Nazım Hikmet Ran..
Indi adımızı qoymaq istəyirlər,
Molotof kokteyli atan, əzizim,
Molotof kokteyli atan..
Biz gənc inqilabçılar
Meydanlarda gələcəyə şığıyan
Atı ürəyi atçılar,
Yolumuzu kəsdi rejimin qulu atıcılar..
Bizə rezin güllələr atdılar..
O meydanlarda gördük, əzizim
Bizi düşman dəyirmanına
Su tökməkdə qınayanları..
Üstümüzə tuşladılar su şırnaqları..
Bizi islaq cücə kimi suladılar, əzizim
Məmurlar həyatımızı o qədər buladılar ki,
Qaytarmaq istədim üstlərinə..
Bundandır bütün üsyanım,
Bundandır etirazım, imtinam..
Bəlkə inqilab mən deyil,
Mən inqilabam, əzizim,
Mən İnqilabam!


***

Buralardan getmək gərəkdir, əzizim..
Buralardan getmək gərəkdir..
Uzağa,lap elə Afrikaya, Suriyaya..
Gedib məlhəm olmaq lazımdır
Körpə qara zənci ayağındakı yaraya..
Buralardan getmək gərəkdir, əzizim..
Buralardan getmək gərəkdir..
Qoşulmaq lazımdır küləyə..
Lap elə Somaliyə..
Gedib meh olmaq lazımdır
Susuzluqdan və istidən
Yanan ürəyə..
Buralardan getmək gərəkdir, əzizim..
Buralardan getmək gərəkdir..
Dinləmək lazımdır ürəyi..
Gedib qucaqlamaq lazımdır..
Yetim qalmış fələstinli körpəni..
Buralarda, bu yaşanmaz buralarda..
Kiminsə iyrənc fikirlərinə..
Mala olmaqdansa
Gedib haralardasa
Haqsız güllə qarşısında
Qala olmaq yaxşıdır..
Burda sevmədiyinin
Uşağına ana olmaqdansa..
Gedib valideynləri
Uçqun bina altında qalmış körpəyə..
Ana olmaq yaxşıdır..
Artıq qərar vermişəm, əzizim..
Hazırlaş gedək buralardan..
Daha borc almayaq anandan..
Kredit götürməyək bankdan..
Tüpürək hər şeyə, əzizim..
Bəli, tüpürək və gedək..
Demirəm Amerikada gəzək..
Ya Parisdə film seyr edək..
Dünyada bizim kimi
Neçə qırılmış ürək var, əzizim..
Neçə qırılmış ürək..
Gedək “bizimkilər”i görək..
Guya bizim onlardan
Nə fərqimiz var, əzizim?..
Qızıldan aforizm yazılmış
Divarlar, keçidlər arasında..
Acından ölməkdirmi niyyətin?
Gözlədik, çox gözlədik
Insafı olmadı prezidentin..
Prezidenti olmayan
Ölkələrə gedək, əzizim...
Nefti xaricə satan məmur deyir ki,
Qorxmayın neft tükənməzdi..
Bizim sərvət misilsizdi..
Ona görə rəhbərimiz nefti xaricə də satır..
Çünki sizin damardan da indi
Qara qızıl axır..
Bəs onda niyə qonşumuz
Acından günorta qalxır, əzizim?
Acından günorta qalxır?..
Əgər belədirsə, əzizim
Gəl gedək, damarımızı kəsək
Qoy axsın damarlarımızdakı neft
Fələstin torpaqlarına..
Qoy satıb silah alsınlar,
Çörək alsınlar bazalarına..
Qorxma, bizə də verərlər,əzizim..
Yəqin bizə də verərlər..
Onlar bizimkilər kimi
Bizim olanı bizdən
Əsirgəməzlər, əzizim..
Əsirgəməzlər..
XS
SM
MD
LG