Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Məmur qızına xatırlatmalar


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən



Səxavət Sahil



MƏMUR QIZINA XATIRLATMALAR




1.

Xidməti maşında işə gedib-gəlmək,

pişik balasına

əlcəklə toxunmaq kimdir-

-həyatdan danışmağa dəyməz sənə.


2.

İşdən sonra mühafizə nəzarətində

McDonaldsda dincəlmək,

toydan qabaq bəyin sekspatoloqa

analiz vermək üçün

həkim kabinetində aldığı “ləzzət”dir-

prezervativ də hisslərdən uzaqdır.




3.

Persefona olsaydın belə,

sənə toxunmaq olmazdı-

indi aidlər də səni oğurlaya bilməz...




4.

Musanın qardaşı Harunun düzəltdiyi qızıl dana

yəhudiləri xilas etmədiyi kimi

qızıllar və danalar

indi də xilaskar deyil-

insanı özü xilas etməlidir.




5.

Sən hələ də adamıarı

“JEEP”lərin pəncərəsindən görürsən-

pəncərə ölçü vahidi deyil,

məhdudluqdur.




6.

Xoşbəxtlik sənə, “Şanel” ətiri

almaq qədər asandır-

bədbəxtlərə o dünyada

xoşbəxtlik vədi verən tanrı

səni bu dünyada xoşbəxt etdi.




DODAQLARINI MƏNƏ SAXLA



Hara getsən sevgilim ol,

dodaqlarını mənə saxla.

Sərbəst ol,

axşamları bara get

doyunca rəqs elə

darıxma, əylən.

Gecələri rəfiqəngildə yat

gündüzləri facebookda,

evə gəlmə -

kompleksləri at.

Soyuqda belə

dəniz paltarı geyinib

günəşi gözlə.

Şərab iç,

siqareti küçədə yandır.

Solçu olmasan da

Çedən danış.

Cəsarətli ol,

oğlanları söy

heç kimə inanma,

özünçün yaşa.

Hara getsən

sevgilim ol,

bircə dodaqlarını

mənə saxla.
XS
SM
MD
LG