Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Aslan İsmayılov Vəkillər Kollegiyasından çıxarıldı


Aslan İsmayılov
Aslan İsmayılov
-
Mayın 8-də Aslan İsmayılov Vəkillər Kollegiyasından çıxarılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil özü məlumat verib.

Vəkillər Kollegiyasının qərarı ilə Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün dərhal məhkəməyə müraciət ediləcək. Bundan başqa, onun vəkil bürosunun fəaliyyətini dayandırması haqda da məsələ qaldırılıb.

Aslan İsmayılov deyir ki, o, bu qərarla bağlı məhkəməyə müraciət etməyi düşünmür:

«Bu, Vəkillər Kollegiyasının qərarı deyil. Kollegiya göstərişlə belə addım atıb. Ona görə də hər hansı addım atmayacağam».

Vəkil bu yolla onu susdurmaq istədiklərini, ancaq «ölkədə korrupsiyanın, rüşvətin tüğyan etdiyi vaxtda susmayacağını» da bildirir.

Bu il fevralın 12-də Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovla bağlı Vəkillər Kollegiyasının intizam komissiyasına müraciət etmişdi. Hakim Aslan İsmayılovun vəkil etikasını pozaraq onu təhqir etdiyini bildirmişdi.

Vəkil bu məlumatı təkzib etmişdi. Əksinə, hakimin onu təhqir etdiyini bildirmişdi. Bunu da Aslan İsmayılov hakim Elnur Həsənovun çıxardığı qərarın Ali Məhkəmədə ləğvinə nail olması ilə izah etmişdi.
XS
SM
MD
LG