Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

İlham Əliyev Cinayət Məcəlləsinə düzəlişləri təsdiqləyib


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.

İndən belə böhtan və təhqirə görə nəzərdə tutulan cəzalar, internet vasitələrinə də aid olacaq.
Böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək ictimai işlərə, 6 ay, ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası tətbiq oluna bilər.
XS
SM
MD
LG