Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

Türkiyə hakimiyyəti vaxtından əvvəl seçkilərin mümkünlüyünü rədd edib


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan
Türkiyənin hakim Ədalət və inkişaf partiyası vaxtından əvvəl seçkilərin mümkünlüyünü rədd edib. Partiyanın dünənki iclasında bəyan edilib ki, növbəti yerli və prezident seçkiləri nəzərdə tutulduğu kimi gələn il, ümummilli seçkilər isə 2015-ci ildə keçiriləcək.

Artıq 10 gündür ki, Türkiyədə etiraz aksiyaları keçirilir. Əvvəlcə İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya ,az sonra baş nazir Erdogana qarşı yönəldi. İndi aksiyaçılar hökumətin istefasını tələb edirlər.

İstanbulun Taksim meydanında keçirilən aksiyaya Qalatasaray, Fənərbaxça və Beşiktaş futbol klubunun minlərlə azarkeşi də qoşulub. Polis dünən yenə də Ankarada aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və sudan istifadə edib.

Həftə böyü Ankara və İstanbul da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib. Polis nümayişləri dağıdarkən 2 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb və saxlanıb.
XS
SM
MD
LG