Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

«Ordubad yeni quruculuq dövrünü yaşayır»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
«Şərq qapısı» - 28.06.2013

İlbəil abadlaşan, gözəlləşən və dəyişən Naxçıvan Muxtar Respublikasının qədimliyi, özünəməxsusluğu ilə seçilən Ordubad rayonu abadlıq və quruculuq işləri sayəsində simasını dəyişir, yeni quruculuq dövrünü yaşayır. Ötən gün yolumuzu Ordubaddan saldıq. Şəhərin mərkəzi küçəsi ilə üzüyuxarı qalxdıqca ilk müşahidə etdiyimiz hal qoca çinarların dəstəsinə qoşulmaq istəyən yol kənarlarında nizamla əkilmiş yeni çinar ağacları oldu. Ordubad ta qədimdən əsrlərlə yaşı olan çinarlarıyla məşhur olub.
…Ordubad şəhərində quruculuq tədbirləri sırasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi üçün inzibati binanın tikintisi də var. Hazırda binanın fasadında və daxilində suvaq işləri görülür, dam örtüyü vurulur, qapı və pəncərələri salınır.
Ordubad rayonunda quruculuq, abadlıq, təmir-tikinti işləri rayon mərkəzi ilə məhdudlaşmır, bu işlər rayonun bir neçə kəndində də sürətlə davam etdirilir.
Rayon mərkəzindən 60-70 kilometr aralıda, dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşən Nəsirvaz, Xurs və Ələhi kəndlərində kompleks quruculuq işləri aparılır, Sabirkənd və Yuxarı Əylis kəndlərində isə məktəb və məscid tikilir.
Günün altında “Zirvəyə qaçış” və ya görüntü naminə tədbir
İyunun 25-də Culfa rayonunun Nəhəcir kəndi yaxınlığında keçirilən, 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilən “Zirvəyə qaçış” adlı yarış da keyfiyyətcə bundan öncəkilərdən o qədər də fərqlənmədi. Diqqətimizi çəkən məqamlardan biri isə isti havada idmançıların yüksəkliyə doğru qaçışa məcbur edilməsi idi. Bunun nəticəsi idi ki, “Zirvəyə qaçış” bir neçə dəqiqə sonra “Zirvəyə yeriş”ə çevrildi. Səhər saatlarında keçirilməsi nəzərdə tutulan yarışa günortaya yaxın start verildi. Təbii ki, isti hava, idman dili ilə desək, ən “formada” olan iştirakçıların belə, hərəkətinə mane oldu. Yarış iştirakçıları ilə söhbətlərdən belə məlum oldu ki, əksəriyyəti öncədən hazırlıq məşqləri keçməyib. Yəni fiziki cəhətdən buna hazır deyillər. Halbuki qət olunacaq yüksəklik 1665 metr idi. İştirakçılarda günvurma əlamətləri də ara-sıra özünü göstərdi. İsti havada iştirakçıların yarışa cəlb edilməsi ağır nəticələrə səbəb ola bilərdi.
Bir də bu yarışın konkret olaraq ekstremal idman növlərindən hansına aid olduğunu özümüz üçün dəqiqləşdirə bilmədik. Çünki bu yarış nə ekstremal dağ turizminə, nə qayayadırmanmaya (təbii relyefdə), nə də idman qayayadırmanmasına (süni relyefdə) aid deyildi. Bildiyimiz qədərilə yuxarıda sadalanan idman növlərinin heç biri qaçış vasitəsilə həyata keçirilmir. İsti hava şəraitində qaçış yarışlarının necə fəsad verəcəyi barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Elsevər Ağəliyevə müraciət etdik. Həkim söhbət zamanı bildirdi ki, isti havada yarışların keçirilməsi günvurmaya səbəb ola bilər. Günvurma çox təhlükəli haldır. Əgər vaxtında müdaxilə edilməsə, sinir sistemində qalıcı fəsadlara səbəb olar. Günvurma nəticəsində insanda beyin damarlarının daralması, dəri damarlarının genişlənməsi, qanın qatılaşması və təzyiqin aşağı düşməsi baş verir. Hətta göz bəbəklərinə qansızma halları da olur.
XS
SM
MD
LG