Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:51

Azərbaycanlı rejissorun filmi Yerevanda mükafata layiq görüldü


Elmar İmanov Tələbə Oskarını alandan sonra müsahibə verir. ABŞ, 2012
Elmar İmanov Tələbə Oskarını alandan sonra müsahibə verir. ABŞ, 2012
-

Yerevanda keçirilən 10-cu “Qızıl ərik” Beynəlxalq Film Festivalının mükafatçıları arasında azərbaycanlı rejissor da var.

Hazırda Almaniyada yaşayan Elmar İmanovun “Tabutçunun yelləncəyi” filmi “Jürinin xüsusi mükafatı”na layiq görülüb (Polyak rejissor Lukaş Ostalsinin “Ana“ filmi ilə birlikdə).

Qaliblər haqda məlumatda filmin Almaniya istehsalı olduğu qeyd edilib.

Bu film ötən il “Ən yaxşı xarici film” nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını almışdı (Tələbə Oskarı).

Yarımsaatlıq film ata və oğul arasındakı çətin münasibətlərdən bəhs edir. Filmin çəkilişləri 2011-ci ildə Bakıdan 55 kilometr aralıda Cəngidə aparılıb.

27 yaşlı Elmar İmanov bir neçə il əvvəl daimi yaşamaq üçün Almaniyanın Köln şəhərinə köçüb. Orada Beynəlxalq Kinematoqrafiya Məktəbini bitirib. İndiyədək bir neçə qısametrajlı və sənədli film çəkib.

“Tabutçunun yelləncəyi” filmindən
XS
SM
MD
LG