Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

«Mercer» dünyanın ən bahalı şəhərlərini müəyyənləşdirdi


Moskva
Moskva
-
«Mercer Human Resource Consulting» 2013-cü ilin ən bahalı şəhərlərinin yeni siyahısını təqdim edib.

Bu barədə şirkətin rəsmi saytı xəbər yayıb.

Siyahıda ilk yeri Anqolanın paytaxtı Luanda tutur. Keçən il bu şəhər ikinci yerdə idi.
İkinci yerdə Rusiyanın paytaxtı Moskva dayanır.

Yaponiyanın paytaxtı Tokio bu il üçüncü yerdə qərar tutub. Tokio keçən il «ən bahalı şəhər» siyahına başçılıq edirdi.

Siyahı tərtib edilərkən əsasən şəhərlərdəki daşınmaz əmlakın qiymətləri əsas götürülür.

Rusiya mediası xəbərə həmən reaksiya bildirib.

Lenta-ru-nun yazdığına görə, Moskva böyük şəhərləri yaşayış yerinin bahalığına görə üstələyir. Məsələn, Moskvada ikiotaqlı avadanlıqsız lüks mənzilin bir aylıq kirayə haqqı 4600 ABŞ dolları civarındadır. Bir fincan kofe 4.6 dollara, gündəlik xarici qəzetin bir nömrəsi 9.95 dollara başa gəlir.

Ümumiyyətlə, Moskva 2010-cu ilə qədər bu təşkilatın siyahısında bir neçə dəfə ilk yeri tutub.

Bu il «Mercer»in siyahısında 214 şəhər vardı.

«Mercer» Beynəlxalq Konsaltinq Şirkəti 1975-ci ildə yaranıb. Mənzil qərargahı Nyu-Yorkdadır.

Top-10-u sizə təqdim edirik:

1. Luanda, Anqola
2. Moskva, Rusiya
3. Tokio, Yaponiya
4. Ncamena, Çad
5. Sinqapur
6. Honq-Konq
7. Cenevrə, İsveçrə
8. Sürix, İsveçrə
9. Bern, İsveçrə
10. Sidney, Avstraliya
XS
SM
MD
LG