Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

Prezident seçkisi oktyabrın 9-a təyin edildi [Video]


MSK Prezident Seçkisinin gününü açıqlayır
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00
-
Mərkəzi Seçki Komissiyası (MSK) öz qərarını avqustun 2-də keçirilən iclasda açıqladı. Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı gün – oktyabrın 3-cü həftəsinin çərşənbə günü (16 oktyabr) seçki olmalıydı. MSK sədri Məzahir Pənahov o günün Qurban bayramına təsadüf etdiyini və iş günü sayılmadığını nəzərə alaraq, seçkiləri bir həftə öncəyə – oktyabrın 9-a salmağı təklif edib:

«Oktyabrın 16-dan biz onu sürüşdürməliyik. Üstünlüyü qabağa çəkmək istiqamətinə verməliyik, çünki arxaya çəkmək prezidentin səlahiyyət müddətini süni şəkildə artırmaq kimi qiymətləndirilə bilər».

MSK sədrinin bu təklifi ilə iclas iştirakçılarından Akif Qurbanov razılaşmayıb. O bildirib ki, prezident seçkiləri günü oktyabrın 17-ə və ya 18-ə də salına bilər. Çünki alternativ siyasi qüvvələr bütün hazırlıqlarını oktyabrın 16-dan sonraya kökləyib, seçki gününü bir həftə əvvələ çəkmək isə seçki dönəminin müddətini qısaldır:

«Seçki prosesini bir həftə tezləşdirmək ictimai siyasi təşkilatların, prezident seçkisinə hazırlaşan tərəflərin imkanlarını məhdudlaşdıracaq. Ola bilsin ki, hakimiyyət strukturları hazırdır, zatən seçki gününü də onlar təyin edirlər. Alternativ siyasi qurumları hakimiyyət bir həftə qabaqlamaqla prosesdə irəli çıxmaq istəyir. Bu, doğru və ədalətli deyil».

Məzahir Pənahov
Məzahir Pənahov
Bu fikirlə razılaşmayan Məzahir Pənahov deyib ki, seçkiləri oktyabrın 9-a salmaq daha məntiqlidir, çünki Qurban bayramı ilə bağlı rituallar var və seçkiləri ölkə bayram ovqatına bürünmədən keçirmək daha yaxşı olar:

«Disputa ehtiyac yoxdur. İstənilən günə salınsa, sual verilə bilər ki, niyə məhz o günə?».

18 nəfərin iştirakı ilə keçən iclasda səs çoxluğu ilə 9 Oktyabr Prezident Seçkisi Günü elan olunub.

ŞİKAYƏTLƏRİ KİM ARAŞDIRACAQ?

İclasda MSK katibi Arifə Muxtarova prezident seçkiləri ilə bağlı tədbirlərin təqvimini, seçki hüququnu pozan davranış və qərarlardan şikayətlərin araşdırılması üçün ekspert qrupunu, seçkilərdə MSK nəzdindəki işçi qrupunu üzvlərə tanıdıb.

MSK-ya gələn müraciətləri araşdıran 9 nəfərlik ekspert qrupuna Ramiz İbrahimov, Qabil Orucov, Validə Kazımova, Tofiq Həsənov, Bəxşeyiş Əsgərov, İradə Hacıyeva, Rafiq Abbasov, Emin Quliyev, İlkin Şahbazov daxil edilib.
MSK-nın iclası
MSK-nın iclası
Bu qərarın əleyhinə səs verən üzvlərdən iclas iştirakçısı Akif Qurbanov deyib ki, MSK üzvləri və aparatın işçiləri tərəf olduqları üçün bu, obyektiv addım deyil:

«Şikayətin araşdırılmasında ekspert qrupunun üzvü kimi şikayəti araşdırmaq, həm də onu komissiyada müzakirə edib, şikayətin düzgün araşdırılıb-araşdırılmaması haqqında qərara gəlmək həm obyektivlik, həm qanun, həm də beynəlxalq praktika baxımından yanlış addımdır. Yaxşı olar ki, müstəqil ekspertlər cəlb olunsun».

İclasda icra hakimiyyəti orqanlarının iştirakı ilə işçi qrupu da yaradılıb. MSK üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri olub.

MSK sədri Məzahir Pənahov prezident seçkilərini tarixi hadisə sayaraq, iclas iştirakçılarını qərar münasibəti ilə təbrik edib. O, ayrıca vurğulayıb ki, aşağı seçki komissiyaları üzvləri kimi, MSK üzləri də Azərbaycan xalqının etimadını doğrultmalı, Seçki Məcəlləsinin tələblərindən kənara çıxan istənilən hala dərhal reaksiya verməlidirlər.
XS
SM
MD
LG