Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

335 nəfərin Azərbaycana gəlməsi qadağandır


-
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə «persona non qrata» elan edilmiş şəxslərin siyahısını açıqlayıb.

Siyahıda ümumilikdə müxtəlif ölkələrdən olan 335 nəfərin adı yer alıb.

Siyahı Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratenschulte ilə başlayıb, Avstraliyadan olan tələbə Garineh Torosian-la bitir.

Arzuolunmaz şəxs hesab edilən şəxslər «Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında» qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar.
XS
SM
MD
LG